#ElvinanınReseptləri 🍳🥞

Dərc edilib:

13 iyul 2022

Elvina

Restaurant Partnership Specialist

Salam! 👋 Mənim adım Elvinadır, Wolt-da restoranlarla əməkdaşlıq komandasında çalışıram. Boş vaxtımda musiqi ilə məşğul olmağı və yemək bişirməyi çox sevirəm. Səhər yeməkləri mənim üçün günün ən vacib ritualıdır. Aşağıda sizinlə asanlıqla hazırlanan səhər yeməklərini paylaşıram. 😍 #ElvinanınSırnikResepti 👩🏼‍🍳 İnqrediyentlər: - 1 yumurta - 200 qr pendir - vanil şəkəri - 2-3 qaşıq un - kokos - kərı yağı - moruq mürəbbəsi - qatılaşdırılmış süd 1️⃣ Yumurtanı həmcins kütlənin alınmasına qədər çırpın. Kəsmik, un, vanil şəkəri və duz əlavə edib qarışdırın. Qalın və yapışqan xəmir alınana qədər yaxşı qarışdırın. Qarışığa kokos dənəcikləri əlavə edin. 2️⃣ Xəmiri bir neçə porsiyaya bölün. Az miqdarda un üzərində sırnik diskləri formalaşdırın. 3️⃣ Tavaya kərə yağı əlavə edib qızdırın, sırnikləri əlavə edin və hər tərəfdən 5 dəqiqə qızardın. 4️⃣ Moruq və qatılaşdırılmış süd ilə servis edin. Nuş olsun! 😊 #ElvinanınYulafResepti 👩🏼‍🍳 İnqrediyentlər: - yulaf - kakao - kətan toxumu - giləmeyvə - banan 1️⃣ Yulaf , kətan toxumu və kakaonu qarışdırın. Şüşə banka və ya şüşə stəkan istifadə edə bilərsiniz. 2️⃣ Yuxarıda qeyd olunan qarışığa, badam südü əlavə edin və yaxşı qarışdırın. 3️⃣ Qapağı bağlayın və ya örtün və soyuducuda ən azı 2 saat saxlayın. 4️⃣ Üzərinə banan və giləmeyvə əlavə edin və nuş olsun! 😊

Wolt Market Landmark

Wolt Market Landmark