Çatdırılmada müvəqqəti çətinliklər.
Dərc edilib:
2 avqust 2023
Avqust ayının 1-dən etibarən mopedlərlə bağlı qanunvericiliyə dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar, bir sıra Wolt kuryer-partnyorları fəaliyyətinə davam edə bilməmişdir. Mopedlər çatdırılma üçün ən çox istifadə olunan nəqliyyat vasitəsi olduğu üçün bu, çatdırılma və dəstək xidmətimizdə, əsasən pik saatlarında, müəyyən gecikmələrə səbəb olub. Komandamız və Wolt ilə əməkdaşlıq edən kuryer-partnyorlar hal-hazırda lazımi tədbirlərin görülməsi üzərində çalışırlar. Qeyd etmək istərdik ki, yaranmış çətinliklərin həlli zaman tələb etdiyinə görə, yaxın günlərdə gecikmələr davam edə bilər. Anlayışınız üçün təşəkkür edirik. Hörmətlə, Wolt komandası