Gavalı Salatı
Yeni ildə süfrələrimizdə salatlar üstünlük təşkil edir. Xüsusən də paytaxt, mimoza və nar salatı. Yeni il və ya digər qonaqlıq süfrələrinizə bu salatı da hazırlaya bilərsiniz. Lazım olan ərzaqlar: * Göbələk 500qr * Toyuq filesi 500qr * Gavalı 100qr * Holland pendiri 200qr * Qoz 100qr * Mayonez * Xama * 3 ədəd yumurta * Duz * İstiot Əvvəlcə toyuq filesi, kartof, kök və çuğunduru ayrı qablarda suda qaynadın. Tərəvəzləri soyudub qabığını soyun. Toyuq filesini nazik şəkildə əl ilə didin və ya blenderdə xırdalayın. Narı dənələrinə ayırın. Sonra qaba növbə ilə kartof, kök sürtkəcdən keçirin, xırdalanmış toyuğu əlavə edin, üzərindən turşu xiyar, çuğunduru sürtkəcdən keçirin. Hər qata xama və mayonez qarışığı əlavə edib duz, istiot vurun. Çuğundurlu qatı mayonezlədikdən sonra ən üstə dənələnmiş nar səpin.