Tünd göy | Unisex
Dizayn konsept Azərbaycanın özünəməxsus xalçalarında istifadə olunan və İpək yolu ilə əlaqələndirilən dəvə karvanı ornamentinə əsasən hazırlanıb. Corabın ümumi rəngi tünd göy, üzərindəki ornament elementləri isə ağ, qırmızı və sarı rəngdədir. Corabın boğaz, daban və uc hissələrinin rəngi isə qaradır. Tərkibi: 80% pambıq, 17% neylon, 3% elastandır.