Kərəvizin sidik qovucu xüsusiyyəti böyrəklərdə və sidik kisəsində olan duzların xaric olunmasını sürətləndirir. Kərəviz qanda qlükozanın miqdarının azalmasına və maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur. Kərəviz orqanizmin tonusunu yüksəldir, onun fiziki qüvvəsini artırır.
Davamlı olaraq kərəviz yemək qanı təmizləməklə bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur. Onun qanı təmizləmək qabilıiyyətini artıqmaq üçün təsirini sürətləndirmək məqdəsilə kərəviz, zəncirotu və gicirtkən toxumununn şirəsini qarışdırıb içmək lazımdır.
Kərəviz toxumları sidik turşusunun miqdarının normallaşmasına səbəb olur. Bu səbəbdən də sidik kisəsinin sistit problemlərini, qara ciyər xəstəliklərinin əlamərlərinin azalmasına səbəb olur.
Kərəvizi ət maşınından keçirib suyunu sıxıb və eyni miqdarda ərinmiş kərə yağı ilə qarışdırdıqdan sonra yaraları, iltihabi prosesləri və yanıqları sağaltmaq mümkündür.
Kərəvizdən davamlı istifadə etməklə cinsi fəaliyyəti də yüksəltmək mümkündür. Bu məqsədlə farmakologiyada kərəviz tərkibli dərmanlar hazırlanır.
Hamiləlik zamanı çox kərəviz yemək məsləhət deyil. Çünki onun tərkibində uşaqlıq əzələsinin sıxılmasına səbəb olan maddələr var. Bu maddələr isə uşaqsalmaya səbəb ola bilir.