Keşniş dəri üçün çox faydalıdır. Dərinizdə iltihab və ya sızanaq varsa, keşniş istifadə edərək dəri sağlamlığınıza müsbət təsir edə bilərsiniz. Keşniş antirevmatik xüsusiyyətə sahib bir otdur. Bədəninizdəki və dərinizdəki revmatizmi keşniş otu ilə müalicə etmək mümkündür.
Keşniş yemək bədəndəki xolesterolu da tarazlayır. Buna görə keşnişdən istifadəni həkimlər də tövsiyə edir.Keşniş qan təzyiqinə də yaxşı təsir edir. Bu bitki eyni zamanda sümük sağlamlığı üçün də faydalıdır. Tərkibi kalsium ilə zəngin olan keşniş böyüməyə də kömək edir. Sümüklərdə zəiflik də keşniş otu ilə müalicə olunur.