Qış aylarının gəlişi ilə ən çox istehlak edilən meyvələr arasında olan kivi sağlamlığa faydaları ilə diqqət çəkir. Həm dadlı, həm də sağlam meyvə olan kivinin faydaları saysız-hesabsızdır. Kivi vitaminlərlə zəngin bir meyvədir. Kivinin tərkibində çoxlu C və E vitaminləri var. Hava dəyişikliyindən yaranan soyuqdəyməyə olduqca çox faydalıdır. Eyni zamanda də uşaq inkişafını dəstəkləyir. Gündə 2 kivi istehlak etməklə, gündəlik C vitamini ehtiyacınızın böyük hissəsini qarşılaya bilərsiniz.