Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köpəleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesləri yaxşılaşdırır, ödqovucu təsirinə malikdir. Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər.