Reyhan qışda və eləcə də yayda orqanizm üçün çox vacib olan ümumi tonusu artırır. Həzmi sürətləndirir. Qidanın tez həzm olunmasına şərait yaradır. Vanna şəklində reyhan bitkisi sakitləşdirici təsirə malikdir. Dəmləməsini öskürək zamanı içmək faydalıdır. Baş ağrısı və sidik yollarının iltihabı zamanı da istifadə edilir. Reyhanın efir yağı bakterisid (bakteriya əleyhinə) təsirə malikdir. Sinir xəstəlikləri zamanı reyhan çayı yaxşı təsir göstərir. 7. Bu çay həm də qusmanın və ürəkbulanmanın qarşısını alır.