Aparılan elmi araşdırmalara görə, bu göyərtinin istifadəsi qanda xolesterinin yüksəlməsinin səviyyəsini azaldır.Şüyüd mikrob əleyhinə ən yaxşı vasitə hesab olunur. Dərman bitkisi kimi onun otu, toxumu, ondan alınan efir yağı da qiymətli müalicəvi təsirə malikdir. Şüyüd həmçinin həzm sistemini də tənzimləyir. Mədə ağrıları, mədədə və bağırsaqda yaranan sancıların aradan qaldırılmasında mühüm rol oynayır. Yuxusuzluq: Şüyüdün tərkibində olan yağlar xüsusi özəlliyə malikdir. Yuxusuzluq ilkin olaraq baş ağrısı və digər simptomlarla özünü göstərir. Şüyüdün tərkibində B vitamininə də rast gəlinir. Bu isə əsəb sistemini möhkəmləndirir. O cümlədən yuxu problemini aradan qaldırır.Ağız sağlamlığı: Şüyüdün toxumları və yarpaqları nəfəsinizi təravətli edəcək. Xeyirli ədviyyat ağız qoxusunun qarşısınımalan vasitələrədən biridir, şüyüd ağız içində olan mikropları məhv edir.Şüyüd insan sağlamlığında mühüm rol oynayan C, B, B2, P, PP, fol turşusu, karotin, vitaminlərlə zəngindir.
Şüyüdün zərərli xüsusiyyətləri
Aşağı təzyiqdən əziyyət çəkənlərə həddindən çox şüyüd yemək məsləhət deyil.