Muesli face scrub-tərkibində buğda yarması, ərik və şirin badam çəyirdəyinin tozu olan “muesli” üz skrabi. Üz skrabı normal və kombinasiyalı dəri üçün münasibdir.Bütün qüsurları təbii qaydada çıxarır, yarmalılar, bitkilər və meyvə ekstraktlarından əldə edilmiş təbii tərkib qatışığı sayəsində dərinin tənəffüsünə şərait yaradır. Təbii hüceyrənin yenilənməsinə imkan verərək, masaj və təmizləmə hərəkətini asanlaşdıran qeyri –aqressiv mikro dənəciklər sayəsində üzün təravət və parlaqlığını bərpa edir. Bir neçə sadə hərəkət nəticəsində dəri aşkar surətdə daha hamar və parlaq olur. Birdəfəlik istifadə formatında olub, üz və boyuna çəkmək üçün lazımi məhsul miqdarını daxil edir. Parabensiz, silikonsuzdur, dermatoloji və nikel sinağindan keçmişdir, veqanlar üçün uyğundur. Həcmi 15 ml. İstifadə qaydası: bir neçə dəqiqə ərzində dairəvi hərəkətlə masaj edərək üzə çəkin. Ehmalca yuyun. Gözə düşməsinə imkan verməyin.