Dietoloqların hesablamalarına əsasən, üç bananın tərkibində orqanizmin sutkalıq kalium norması var. Bu isə ürək-damar sisteminin normal fəaliyyətinə şərait yaradır. Məhz bu səbəbdən həkimlər hipertoniya və aritmiyadan əziyyət çəkən insanlara banan yeməyi məsləhət görürlər. Bundan əlavə, bananın tərkibində olan kalium qan təzyiqini də aşağı salır.