Brokolinin faydaları nələrdir? Aparılan araşdırmalara görə, xərçəngli hüceyrələrin böyüməsini 70% azaltdığını, eyni zamanda hüceyrələrin sayını da kiçildərək tamamilə əngəllədiyi müəyyən olunmuşdur. Mütəxəssislər buna görə də həftədə 2 dəfə brokoli yeməyi tövsiyyə edir. Kükürd maddəsi iltihad əmələ gəlməsinin qarşısını alaraq, damar divarlarını genişləndirir. Bu da tıxanma kimi sağlamlıq problemlərini aradan qaldırır. Qan axışı bu sayədə normala qayıdır və ürək xəstəlikləri riskini böyük miqdarda azaldır. Çox nadir tapılan B6 vitamini baxımından olduqca zəngin olan bu qida, kök hüceyrələrini yeniləyir.