Darçın xolesterolu tənzimləyir və immun sistemini gücləndirməklə bir çox xəstəlikləri önləyir. Bu bitkinin bir çox faydaları var. Xüsusilə də, şəkəri aşağı salan xüsusiyyəti var. Dəmlədiyiniz çayın içərisinə darçın çubuğu salsanız, həm onun antioksidan xüsusiyyətindən yararlanar, həm də şəkərinizi yüksəltməmiş olarsınız.