Filtr qəhvə üyüdülmüş qəhvə dənələrinin qaynar su ilə qarışdırılaraq dəmlənməsi ilə əldə edilən qəhvə növüdür. Dəmlənmiş qəhvə kağızdan və ya metal filtrdən süzülür, pulpadan ayrılır və xidmətə hazırdır. Digər qəhvə növləri ilə müqayisədə şəffaf və maye konsistensiyaya malikdir.