Həkimlərin evə gəlişi üçün sifariş məbləği 50 AZN-dan yuxarı olmalıdır. Homocystein (HCYS)-sistein və metioninin metabolik məhsuludur. Homosistein-amin turşusudur. Onun metabolizmi üçün fol turşusu, B6 və B12 lazımdır. Onların çatışmazlığı ilə homosistein səviyyəsində artım mümkündür. Homosisteinin artması damar divarının zədələnməsinə səbəb olur (damar divarlarına xolesterin çökür, aterosklerotik düyünlər əmələ gəlir). Homosistein Qanda artıbsa-bununla yanaşı kreatinin,tsh,b9,b12 vitaminləri də yoxlanılmalıdır.Analizin verilmə qaydası ac qarına yeməkdən 8-12 saat sonra.