Həkimlərin evə gəlişi üçün sifariş məbləği 50 AZN-dan yuxarı olmalıdır. Qanın ümumi Analizi. Qanın keyfiyyət və kəmiyyət xüsusiyyətlərini göstərən geniş müayinədir. Qanın kliniki analizinin göstəricilərin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki, bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu,həm də müstəqil patologiya zamanı ola bilir. Analizin verilmə qaydası səhər ac qarına və ya yeməkdən 2-4 saat sonradır.