Həkimlərin evə gəlişi üçün sifariş məbləği 50 AZN-dan yuxarı olmalıdır. Vitamin D (25-OH-D3). Vitamin D çatışmamazlığından uşaqlarda rəxid,böyüklərdə isə osteomalyasiya xəstəliyi kimi özünü biruzə verir. Vitamin D-nin normadan artıq olması isə toksiki effekt verə bilər. Vitamin D-nin əsas rolu kalsium metabolizmasının tənzimlənməsi ilə bağlıdır. Son illərdə aparılan elmi-tədqiqatlar əsasında müəyyən olunub ki, orqanizmdə Vitamin D-nin normal səviyyədə olması bir sıra onkoloji xəstəliklərin, şəkərli diabetin, sklerozun, ürək-damar xəstəliklərinin və vərəmin yaranma riskini azaldır.