Üzümüzün həssas hissələrini UVA və UVB şüalarından qorumaq üçün stick formasında günəş qoruyucudur. Dodaq, göz ətrafı, burun, qulaq, bədəndəki çapıqlar və ləkələrin üzərindən istifadə edə bilərik. Yüngül tekstura dəriyə dərhal hopur. Yapışqan deyil və yağlılıq hissi yaratmır. Suya və tərə qarşı davamlıdır. İstifadəsi inanılmaz rahatdır və daşınması da komfortludur.