Tərkibi:
Hər 10 ml şərbətin tərkibini təşkil edir:
Dəmir (Dəmir bisqlisinat formasında) / Ferrum (as Ferrum bisglycinate) – 10 mq
Sink (Sink sulfat formasında) / Zinc (as Zinc sulfate) – 10 mq
Vitamin C (as L-ascorbic acid) – 50 mq
Vitamin B9 (as Folic acid) – 300 mkq
Vitamin B12 (Cyanocobalamin) – 4 mkq
Köməkçi maddələr: Natrium benzoat (Sodium benzoate), Kalium sorbat (Potassium sorbate), Ksantan kitrəsi (Xanthan gum), Limon turşusu (Citric acid), Sorbitol (Sorbitol), Təmizlənmiş su (Purified water).
İstifadə sahəsi və göstərişlər: Dəmirin (Fe) əlavə mənbəyi kimi tövsiyə olunan BAQM-dur.
Dəmir oqranizmin koqnitiv funksiyalarını normallaşdırır, qırmızı qan hüceyrələrinin sintezini stimullaşdırır, orqanizmdə oksigenin daşınmasını təmin edir. Sink orqanizmdə turşu-qələvi balansını normallaşdırır, makroelementlərin metabolizmini gücləndirir, DNT sintezini stimullaşdırır, yağ turşularının metabolizmində iştirak edir. Vitamin C dəmirin mənimsənilməsini təmin edir. Vitamin B9 qanyaranmanı stimullaşdırır, yorğunluğun qarşısını alır. Vitamin B12 qan hüceyrələrinin sintezini stimullaşdırır, homosisteinin metabolizmini yaxşılaşdırır.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydaları və doza:
4-14 yaş arası uşaqlar üçün: 5 ml şərbət gündə 2 dəfə;
14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün: 10 ml gündə 2 dəfə yeməkdən sonra istifadəsi tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Şərbət
Qablaşdırma forması: 150 ml şüşə flakonda, içlik vərəqəsiylə birlikdə karton qutu qablaşmada.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə