Tərkibi:
Hər 2 kapsulun tərkibini təşkil edir:
İrimeyvəli mərcani meyvələrinin quru ekstraktı (Vaccinium macrocarpon fruit dry extract)– 300 mq
İkievli gicitkən kökünün quru ekstraktı (Urtica doica root dry extract) - 120 mq
Adi ayıqulağı yarpağının quru ekstraktı (Arctostaphylos uva ursi leaf dry extract) – 100 mq
Qarğıdalı saçağının quru ekstraktı (Zea mays silk dry extract) – 100 mq
Vitamin C (as L-Ascorbic acid) – 100 mq
Dərmangülümbaharı çiçəyinin quru ekstraktı (Calendula officinalis flower dry extract) – 30 mq
Köməkçi maddələr: Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Maqnezium stearat (Magnesium stearate), Jelatin (Gelatine).
İstifadəsinə tövsiyələr: sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BAQM-dur.
Mərcani vitaminlər, makro-mikro elementlərlə zəngin dərman bitkisidir. Tərkibindəki Vitamin C immun sistemini gücləndirir, orqanizmin hər hansı sistemindəki ilkin nasazlığı aradan qaldırmağa kömək edir. Gicitkən tərkibindəki aktiv maddələr sayəsində sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırır, prostat vəzinin funksiyasını dəstəkləyir, böyrəklərin və sidikçıxarıcı yolların sağlamlığını təmin edir. Ayıqulağı bitkisi sidiyin orqanizmdən vaxtında xaric olmasını təmin edir, tərkibindəki aktiv maddələr mikrobların çoxalmasının qarşısını alaraq, orqanizmə qoruyucu təsir göstərir. Qarğıdalı bitkisi də həmçinin böyrəyin funksiyasının yaxşılaşmasını, prostat vəzinin fəaliyyətinin normallaşmasını təmin edir.
Əks göstərişlər: məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Qeyd: Məhsulun tərkibində “Adi ayıqulağı yarpağının quru ekstraktı (Arctostaphylos uva-ursi leaf dry extract)” inqrediyenti olduğu üçün 10-14 gündən artıq qəbul etmək olmaz.
İstifadə qaydası və dozalanması:
Böyüklər: 1 kapsul gündə 2 dəfə yeməkdən bir saat sonra içmək tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması:Kapsul
Qablaşma forması: №30(10x3)blisterdə, içlik vərəqəsi ilə birlikdə karton qutuda qablaşdırılmışdır.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.