Tərkibi: Hər 1 kapsulun tərkibi:
1. Saccharomyces boulardii DBVPG 6763 - 150 mq (minimum 2.5 milyard canlı bakteriya saxlayır);
2. Lactobacillus rhamnosus – 2.5x109 KƏV
3. İnulin– 80 mq
4. Sink - 10 mq.
KƏV*-koloniya əmələgətirən vahid
Köməkçi maddələr: jelatin (gelatin), askorbin turşusu (ascorbic acid), maqnezium stearat (magnesium stearate).
İstifadəsinə dair tövsiyələr:
Həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədiylə tövsiyə olunan BAQM-dur.
Probiotiklər (yunanca "pro" üçün, "bios" - həyat deməkdir, beləliklə probiotik "həyat üçün" mənasını verir)— insan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər”. Normal bağırsaq florasını təşkil edən və patogen olmayan probiotiklərə aid edilir. Probiotiklər qidaya əlavə hesab edilir və ümumiyyətlə təhlükəsiz hesab olunur.
Orqanizm zəiflədikdə, bunun təzahürü ilk növbədə bağırsaq mikroflorasında özünü biruzə verir. Bu hallarda həzm sistemi pozulur, bağırsaq nahiyəsində diskomfort qeydə alınır. Probiotiklərin qəbulu zamanı, həzm sisteminin fəaliyyəti qaydaya düşür, diskomfort, ağrı və köp aradan qalxır.
İnulin – qida lifidir. Qida lifləri bağırsaq üçün bir növ skrab rolunu oynayır. Bədənə müntəzəm və tam qəbul edildikdə, qəbizliyin yaranmasının qarşısını alır, bağırsaqların həzm olunmamış qida qalıqlarından müntəzəm sərbəst azad olmasına kömək edir. Bir insanın qida rasionunda qida lifi kifayət deyilsə, bu qida tullantılarının bağırsaqda durğunluğunu yarada bilir. Nəticədə, bağırsaqlarda kanserogen və zəhərli maddələr əmələ gələ bilər ki, bu da uzun müddət bağırsaq divarında qalldıqda bütün bədənimizə mənfi təsir göstərir.
Sink orqanizmdə gedən bütün proseslərin normallaşmasını təmin etmək üçün vacib maddədir, belə ki, orqanizmin müqavimətini artırır və immun sistemi gücləndirir.
Əks göstərişlər
Tərkibində olan hər hansı komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozalanması:
4 -14 yaş uşaqlar: 1 kapsul gündə 1 dəfə
12 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 2 dəfə yemək zamanı qəbul olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Kapsul
Qablaşma forması: № 10, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılmışdır.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə