Tərkibi:
Hər 5 ml şərbətin tərkibini təşkil edir:
Sitixolin (Citicoline) - 100 mq
Ginkgo Biloba yarpağının quru ekstraktı (Ginkgo Biloba leaf dry extract) – 40 mq
Sitidin 5 monofosfat (Cytidine-5-monophosphate) – 30 mq
Uridin 5 monofosfat (Uridine-5- monophosphate) – 30 mq
Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mq
Köməkçi maddələr: Natrium benzoate (Sodium benzoate), Kalium sorbat (Potassium sorbate), Ksantan kitrəsi (Xanthan gum), Limon turşusu (Citric acid), Sorbitol (Sorbitol), Təmizlənmiş su (Purified water).
İstifadə sahəsi və göstərişlər: MSS-in fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BAQM-dur.
Sitixolin baş beyin qan dövranının yaxşılaşmasını təmin edir, orqanizmi oksidativ stressdən qoruyur, hüceyrələrin oksigenlə təminini yaxşılaşdırır, emosional yüklənmələr zamanı rahatladıcı təsir göstərir. Ginkqo biloba həmçinin baş beyin qan dövranını gücləndirir, yaddaşın bərpasını, yuxunun normaya düşməsini təmin edir. Sitidin və Uridin konsentrasiya pozğunluğu, əsəb, gərginlik, yaddaşın zəifləməsi kimi hallarda yüksək effekt göstərir, dirənci artırır, enerji mübadiləsini artırır və beyinin fəaliyyətini yüksəldir. B6 vitamini aksonun keçiriciliyini yüksəldir, reaksiyanı aktivləşdirir, sinir sisteminin fəaliyyətini artırır.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydaları və doza:
Böyüklər üçün: 5 ml gündə 2 dəfə istifadəsi tövsiyə edilir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Şərbət
Qablaşdırma forması: 150 ml şüşə flakonda, içlik vərəqəsiylə birlikdə karton qutu qablaşmada.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə