Tərkibi:
2 kapsulun tərkibini təşkil edir:
Qlükozamin sulfat (Glucosamine sulfate) - 400 mq
Xondroitin sulfat (Chondroitin sulfate) - 300 mq
Metilsulfonilmetan (MSM) / Methylsulfonylmethane (MSM) – 150 mq
Bromelain (Bromelain) – 100 mq
Manqan / Manganese (as Manganase citrate) – 4 mq
Molibden / Molybdenum (as Sodium molibdate (IV))– 200 mkq
Köməkçi maddələr: Maqnezium stearat (Magnesium stearate), Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Jelatin (Gelatin).
İstifadə sahəsi və göstərişlər: dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BAQM-dur.
Məhsulun tərkibindəki maddələr oynaq və sümüklərin möhkəmlənməsi məqsədilə istifadə edilir. Xondroitin və qlükozamin oynaqların tərkibini təşkil edir, buna görə də oynaqların sağlamlığını təmin etmək üçün ən güclü maddələrdəndir. Metilsulfonilmetan oynaqlarda baş verən yeyilmə prosesinin qarşısını alır. Bromelain fermenti immune sistemi möhkəmləndirir, orqanizmdə baş verən bir sıra metabolik proseslərdə iştirak edir. Manqan orqanizmin hüceyrələrini oksidativ stressdən qoruyur, orqanizmin enerji metabolizmini tənzimləyir, sümüklərin normal fəaliyyətini təmin edir.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydaları və doza:
Böyüklər: 1 kapsul gündə 2 dəfə yemək zamanı və ya yeməkdən sonra istifadəsi tövsiyə olunur. Bol suyla qəbul edin.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Kapsul
Qablaşdırma forması: N30 şüşə flakonda, içlik vərəqəsi ilə birgə karton qutuda qablaşdırılmışdır.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə