Tərkibi:
Hər 1 tabletin tərkibini təşkil edir:
Diosmin (Diosmin) – 450 mq
Hesperidin (Hesperidine) - 300 mq
Adi atşabalıdı toxumunun quru ekstraktı (Aesculus hippocastanum seed dry extract) – 250 mq
Vitamin C (as L-ascorbic acid) – 50 mq
Köməkçi maddələr: Ərəb kitrəsi (Gum arabic), Mikrokristallik sellüloza (Microcrystalline cellulose).
İstifadəsinə tövsiyələr: aşağı ətraf venalarının möhkəmlənməsi və kiçik damarlarda mikrosirkulyasiyanın normallaşdırılması məqsədilə tövsiyə olunan BAQM -dur.
Diosmin limfotik kapilyar drenajını yüksəldir, damarların tonusunu yaxşılaşdırır, damar divarlarını möhkəmləndirir. Hesperidin damarların keçiriciliyini azaldır, damar divarlarını möhkəmləndirir, periferik qan dövranını və limfodrenajı yaxşılaşdırır, güclü antioksidantdır. Atşabalıdı damarları möhkəmlədirir, mikrosirkulyasiyanı yaxşılaşdırır. Vitamin C damar keçiriciliyini azaldır, damarların möhkəmlənməsinə yardım edir.
Əks göstərişlər: Məhsulun komponentlərinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya dövrü, 18 yaşa qədər uşaqlar, alkohollu içkilərin qəbulu.
İstifadə qaydası: 18 yaşdan yuxarı böyüklər üçün: 1 tablet gündə 1 dəfə yeməkdən sonra bol suyla qəbulu tövsiyə edilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
etmək əks göstərişdir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Buraxılış forması: Tablet №30 (3x10) blisterdə, içlik vərəqəsiylə birlikdə karton qutu qablaşmada.
Saxlanma şəraiti: 25°C- dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə