Tərkibi:
Hər bir kapsulun tərkibini təşkil edir:
Adi ərgüdə meyvəsinin quru ekstraktı (Vitex Agnus Cactus fruit dry extract)- 100 mq
Yaşıl çay yarpağının quru ekstraktı (Camellia sinensis leaf dry extract) - 100 mq
Vitamin E (as Tocopheryl acetate) – 120 mq
İndol-3 karbinol (Indole-3 carbinol) - 60 mq
Soya bitkisinin izoflavonoidləri (Soya isoflavones) - 30 mq
Sink (Sink Oksid formasında) / Zinc (as Zinc Oxyde)- 20 mq
Selen (Natrium Selenit formasında) / Selenium (as Sodium Selenite) – 75 mkq
Köməkçi maddələr: Maqnezium stearat (Magnesium stearate), Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Jelatin (Gelatin).
İstifadə sahəsi və göstərişlər: qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BAQM-dur.
Tərkibindəki Ərgüdə və Yaşıl çay bitkiləri qadınlarda reproduktiv sistemin normallaşdırılması üçün istifadə edilir. Vitamin E orqanizm hüceyrələrini oksidativ stressdən qoruyur, qadınların reproduktiv sisteminə müsbət təsir göstərir. Sink reproduktiv sistemin funksiyasının yaxşılaşdırılmasını təmin edir. Selen qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdırır, orqanizmin hüceyrələrini oksidativ stressdən qorumağa kömək edir, qadın sağlamlığını təmin edir.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydaları və doza:
Böyüklər: 1 kapsul gündə 1 dəfə istifadəsi tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Kapsul
Qablaşdırma forması: N30 (10x3) blisterdə, karton qutu qablaşmada
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə