Royal Canin Urinary Care Pişik üçün nəm yem, sidik daşı xəstəliyinin profilaktikası. Yetkin pişiklər üçün tam rasionlu profilaktik yem (sousda kiçik dilimlər). Pişiyiniz daha tez-tez, o cümlədən nəzərdə tutulmayan yerlərdə (məsələn, tualetdən kənarda) işəyirsə, bu sidik yolu xəstəliyinin əlaməti ola bilər. Tualetdən istifadə ilə əlaqədar pişiyinizin davranışında hər hansı bir dəyişiklik müşahidə etdiyinizdə, baytar həkiminizlə məsləhətləşməlisiniz, çünki bu cür xəstəliklər gizli keçə bilər. Royal Canin Urinary Care heyvan sidiyində mineral maddələrinin balansını və sidik yollarının sağlamlığını qorumaq üçün xüsusi olaraq hazırlanmışdır. Artıq çəkili pişiklər urolitiaz xəstəliyinə daha çox məruz qaldığı məlumdur, buna görə də pişiyin optimal çəkisinin saxlanılması sidik sisteminin normal işləməsinə də kömək edəcəkdir. Royal Canin Urinary Care yetkin pişiklərin instinktiv səviyyədə üstünlük verdiyi zülallar, yağlar və karbohidratlar (makronutrient profil) nisbətinə malikdir. Hər pişiyin fərdi üstünlüklərini qarşılamaq üçün Royal Canin Urinary Care quru yem şəklində də istehsal edilir. Xırçıldayan tekstura dişləri mexaniki olaraq təmizləməyə kömək edir.