Hər kəs öz payını ödəyir 🎉🤩

Dərc edilib:

20 iyul 2026

Narmin from Wolt

Marketing team

Artıq qrup sifarişlərində hər kəs öz payını özü ödəyir. Yenilik!💸 Birgə sifariş və ödənişin bölüşdürülməsi O dost var ki, pulu sən demədən göndərir, biri deyir "sonra qaytararam", biri isə hələ də keçən dəfəki pizzanın pulunu verməyib... Artıq bunun da həlli var! Birlikdə sifariş verin, hər kəs isə öz sifarişinin ödənişini özü etsin. Necə işləyir? 1. Sifariş vermək istədiyiniz restoranı seçin. 2. Seçdiyiniz məkanda +qrup ikonuna toxunaraq birgə sifariş yaradın. 3. Ödəniş üsulunu seçin: Bir nəfər bütün sifarişi ödəyir; Və ya hər kəs öz sifarişini özü ödəyir. 4. Dostlarınızı link vasitəsilə dəvət edin. Hazırdır! Linki paylaşın, birlikdə sifariş verin və yeməyin dadını çıxarın.😍