İstifadəçilər üçün Xidmət Şərtləri

Wolt Xidmətindən istifadə etməklə, siz İstifadəçilər üçün bu Xidmət Şərtləri ilə razılaşmış olursunuz (“Xidmət Şərtləri”).

Xahiş edirik, Wolt xidmətindən istifadə etməzdən əvvəl aşağıdakı Xidmət Şərtlərini diqqətlə oxuyun. Əgər Xidmət Şərtləri ilə razı deyilsinizsə, Wolt Xidmətindən istifadə etməməyinizi xahiş edirik. Bu Xidmət Şərtləri Wolt Xidmətindən hər hansı bir istifadəyə və bunun əsasında bağlanmış Alqı-satqı müqavilələrinə şamil edilir. Wolt Xidmətinin daha ətraflı təsviri və sistem tələbləri haqqında məlumat wolt.com saytında mövcuddur.

Sizin Wolt-da İş Hesabınız varsa, bu Xidmət Şərtləri Wolt-da İş Funksiyası vasitəsilə sifariş verdiyiniz Sifarişlərə münasibətdə Sizə Wolt-da İş Funksiyası verən müştəri təşkilatımıza ("Müştəri Təşkilatı") da şamil olunur. Bu Xidmət Şərtləri və Müştəri Təşkilatı üzrə tətbiq olunan Wolt Korporativ Qaydalar və Şərtləri arasında hər hansı bir uyğunsuzluq olduqda, Wolt Korporativ Qaydalar və Şərtləri üstünlük təşkil edəcəkdir.

Xidmət Şərtləri Apple Inc. ilə deyil, bizimlə İstifadəçi arasında bağlanır və Apple Inc. Wolt Tətbiqetməsi və ya onun məzmununa görə məsuliyyət daşımır. Siz Apple Inc. və Apple Inc-in törəmə şirkətlərinin ("Apple") Xidmət Şərtlərinin üçüncü tərəf benefisiarları olduğuna razılaşırsınız və Xidmət Şərtlərini qəbul etdikdən sonra Apple Xidmət Şərtlərini üçüncü tərəf benefisiar kimi sizə qarşı tətbiq etmək hüququ əldə etmiş olacaq (və bu hüququ əldə etməyi qəbul etmiş hesab olunacaq).

1.     Anlayışlar

"Tərəfdaş (Partnyor)" Wolt ilə tərəfdaşlıq müqaviləsi bağlayan və məhsullarını və çatdırılma xidmətlərini Wolt Xidməti vasitəsilə təklif edən restoran və ya digər xidmət tərəfdaşı deməkdir.

"Alqı-satqı müqaviləsi" Sifariş əsasında Tərəfdaşın məhsullarını və mümkün çatdırılma xidmətlərini satın almağa dair sazişi bildirir. Wolt-da İş Funksiyası vasitəsilə edilmiş Sifarişlərlə əlaqədar olaraq, Alqı-satqı müqaviləsi Tərəfdaş və Müştəri Təşkilatı arasında icrası məcburi müqavilə yaradır. İstifadəçinin hər hansı digər ödəmə üsulu ilə yerləşdirilmiş Sifarişlərinə gəldikdə, Alqı-satqı müqaviləsi Tərəfdaş və İstifadəçi arasında icrası məcburi müqavilə yaradır.

“Wolt”:

●       Azərbaycan, Bakı, Cəlil Məmmədquluzadə küçəsi 102A, Baku City Point, AZ1022 ünvanı üzrə yerləşən Volt Azərbaycan MMC şirkəti,

 

"Wolt Tətbiqetməsi" Wolt tərəfdaşlarından məhsul sifariş etmək üçün fiziki və hüquqi şəxslər üçün Wolt tərəfindən yaradılan Wolt adlanan rəqəmsal tətbiqi (app.) ifadə edir.

"Wolt-da İş Hesabı" Wolt-da İş Funksiyasının əlavə edilmiş olduğu Wolt Tətbiqetməsində istifadəçi hesabı deməkdir.

"Wolt-da İş Funksiyası", Müştəri Təşkilatının səlahiyyət verdiyi İstifadəçilərin Müştəri Təşkilatının hesabına Sifarişlər verə biləcəyi Wolt Tətbiqetməsinin ödəniş metodu və xüsusiyyətini bildirir.

"Wolt Xidməti " həm Wolt Tətbiqetməsi, həm Wolt-un veb-saytı olan wolt.com, həm də wolt.com saytında qeyd edilən digər əlavə yerlər deməkdir.

"İstifadəçi" və ya "siz" Wolt Xidmətindən istifadə edən fiziki şəxsi bildirir.

"Pərakəndə Məhsullar" - Wolt xidməti üzrə Tərəfdaşın təqdim etdiyi ərzaq məhsulları, istehlak məhsulları, məişət məhsulları və digər istehlak malları deməkdir.

2.     Wolt-un kimliyi

●      İstifadəçi Azərbaycanda olarsa, Azərbaycan, Bakı, Cəlil Məmmədquluzadə küçəsi 102A, Baku City Point, 3-cü mərtəbə, AZ1022 ünvanı üzrə yerləşən, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi 1404631321, ƏDV eyniləşdirmə nömrəsi 1404631321 olan Volt Azərbaycan MMC şirkəti, 

●      Ticarət adı: "Wolt",

●      Elektron poçt ünvanı: support@wolt.com.

*Xahiş edirik nəzərə alın ki, Wolt Xidməti sizə hüquqi olaraq həmin ölkədə yerləşən hüquqi şəxs tərəfindən təqdim olunur, ödəniş xidmətləri isə Wolt Enterprises Oy adından üçüncü tərəf ödəniş xidməti provayderi vasitəsi ilə həyata keçir. Bu, həmçinin o deməkdir ki, Wolt Enterprises Oy mümkün ola bilən ödəniş qaytarılmalarına, şikayətlərə və digər Wolt Xidmətində olan tranzaksiyalara aid sorğulara görə cavabdehdir. Beləliklə, Wolt Xidmətinə aid olan hər hansı bir mübahisə və ya şikayət yarandığı halda, siz yuxarıda qeyd olunan məlumatlarla Wolt Enterprises Oy ilə bir-başa əlaqə saxlaya bilərsiniz.

 

Tərəfdaşların kimliyi və məhsulları və xidmətləri haqqında məlumat Wolt Tətbiqetməsivə Wolt veb-saytı vasitəsilə veriləcəkdir.

3.     Wolt Xidmətinin təsviri

3.1. Wolt, İstifadəçinin qida məhsulları ala biləcəyi, Pərakəndə Məhsullar və xüsusi Tərəfdaşlardan alınan qida məhsulları ilə əlaqədar İstifadəçilərə çatdırılma xidmətləri sata biləcəyi bir platforma təmin edir.

3.2. Tərəfdaşlar Wolt Xidmətində öz məhsul və xidmətləri, o cümlədən menyular, allergiyalar və məhsulqiymətləri haqqında məlumat verirlər. İstənilən vaxt tətbiq olunan çatdırılma haqlarına dair məlumat Wolt Xidmətində göstərilir. Allergiya və ya digər pəhriz xarakterli məhdudiyyətləriniz varsa, müvafiq Tərəfdaşla əlaqə saxlayın. Tərəfdaş tələb olunduğu halda qida barədə məlumat verəcəkdir. Tərəfdaşın məhsul və xidmətlərinin alqı-satqısına Wolt Xidmətində göstərilən Tərəfdaşların əlavə şərt və müddəaları da tətbiq edilə bilər. İstifadəçi Tərəfdaşdan almaq istədiyi Tərəfdaşın məhsul və xidmətlərini seçərkən, İstifadəçi Wolt Xidmətində sifariş yerləşdirməzdən əvvəl İstifadəçiyə təqdim olunan qaydalar və şərtlərlə Tərəfdaşdan məhsul və xidmətlər almaq üçün icrası məcburi sifariş ("Sifariş") verir. Sifarişi aldıqdan sonra Wolt Sifarişin detallarını Tərəfdaşa ötürür. Sifariş Tərəfdaş tərəfindən qəbul edildikdə və Wolt İstifadəçiyə Tərəfdaşın adından sifarişin təsdiq olunması haqqında məlumatı təqdim etdikdə, İstifadəçi və ya Müştəri Təşkilatı və Tərəfdaş Alqı-satqı müqaviləsinə daxil olur. Wolt, İstifadəçiyə qəbz təqdim edəcəkdir Sifariş Tərəfdaş tərəfindən qəbul edildikdə və Sifarişin təsdiq olunması haqqında məlumat İstifadəçiyə təqdim edildikdə, Tərəfdaşın məhsullarını satın almaq üçün Tərəfdaşla bağlanan Alqı-satqı müqaviləsinə daxil olmaqdan əlavə olaraq, İstifadəçi və yaMüştəri Təşkilatı və Wolt istifadəçi tərəfindən Wolt Xidməti vasitəsilə sifariş verilmiş istənilən çatdırılma xidmətlərinin alınması üçün hüquqi cəhətdən icrası məcburi müqavilə bağlayır. Pərakəndə Məhsulların qiyməti sifarişin yerləşdirilmə tarixinə olan qiymətə əsasən müəyyən edilir. Qeyd edək ki, qablaşdırılmış məhsulların çəkisinin dəyişdiyi halda göstərilən qiymət və qablaşdırılmış məhsulların yekun qiyməti arasında cüzi qiymət fərqi yarana bilər.

Tərəfdaş Wolt Xidmətində allergenlər və Pərakəndə Məhsullar haqqında digər zəruri məlumatları təqdim edir. Tərəfdaş Pərakəndə Məhsullar haqqında bütün məlumatların qüvvədə olan qanunvericiliyin və normativ aktların tələblərinə uyğun olaraq verilməsinə görə məsuliyyət daşıyır. Tətbiq edildiyi hallarda, Tərəfdaş satış qiymətinin və vahid qiymətin müvafiq qanunvericiliyə uyğun olaraq göstərilməsinə görə də məsuliyyət daşıyır.

Tərəfdaş Wolt xidmətində yerləşdirilmiş Pərakəndə Məhsulların seçimini və qiymətini müstəqil şəkildə müəyyən edir. Tərəfdaş Sizin Sifarişinizin miqdarına və ölçüsünə dair məhdudiyyətlər kimi müəyyən digər məhdudiyyətlər qoya bilər. Tərəfdaş istənilən Pərakəndə Məhsulların mövcudluğu ilə bağlı hər hansı məhdudiyyətlər barədə məlumatın verilməsinə dair məsuliyyət daşıyır. İstifadəçi razılaşır ki, məhsulun müvəqqəti olaraq mövcud olmadığı halda Tərəfdaş Sizin Sifarişinizi bu məhsulu Sifarişə daxil etmədən yerinə yetirəcək. Sifarişin rəsmiləşdirilməsi zamanı Sizdən mövcud olmayan məhsullar üçün heç bir haqq tutulmayacaq.

3.3. İstifadəçi tərəfindən seçilmiş Tərəfdaş Sifarişdə göstərilən məhsulları İstifadəçi üçün hazırlayır. Wolt, Alqı-satqı Müqaviləsinin Tərəfdaş tərəfindən lazımi qaydada icrası üçün İstifadəçi qarşısında cavabdeh deyil və ya məsuliyyət daşımır. Wolt, İstifadəçi tərəfindən Wolt-dan Sifariş əsasında sifariş edilmiş çatdırılma xidmətlərinin icrası üçün bu Xidmət Şərtlərində göstərildiyi qaydada məsuliyyət daşıyır.

3.4. Sifariş İstifadəçi tərəfindən yerləşdirildikdən sonra, Sifariş İstifadəçi tərəfindən ləğv edilə bilməz. Məhsullar və ya çatdırılma xidmətləri üçün Sifariş artıq yerləşdirilmişdirsə, siz onu geri götürə və ya ləğv edə bilməzsiniz. Məhsul və ya xidmət üçün Sifariş yerləşdirrməzdən əvvəl seçiminizi diqqətlə nəzərdən keçirməlisiniz. Sifariş yerləşdirmək İstifadəçinin orada nəzərdə tutulmuş müvafiq müqavilə(lər)nin icrasının başlanmasına razılığını da ehtiva edir.

3.5. 3.4-cü maddənin tələblərinə baxmayaraq, istehlakçı olaraq, Siz, Pərakəndə Məhsulları təhvil aldığınız gündən etibarən 14 gün ərzində Pərakəndə Məhsulları sifariş etmək hüququna maliksiniz. Bu cür Sifarişi Siz yuxarıda göstərilən ləğvetmə müddəti ərzində Wolt və ya Tərəfdaş ilə əlaqə saxlayaraq, həmçinin Məhsulu sifariş etdiyiniz Tərəfdaşın satış nöqtəsinə çatdıraraq ləğv edə bilərsiniz. Xahiş edirik ki, məhsulu geri qaytararkən Wolt və ya Tərəfdaşdan aldığınız qəbzi təqdim edəsiniz. Məhsulun qaytarılması və ya məhsulun qüsuruna, zədələnməsinə və ya digər çatışmazlığına görə vəsaitin geri ödənilməsi ilə bağlı Wolt ilə əlaqə saxladığınız halda, o bu qüsurları sənədləşdirmək və yoxlamaq məqsədilə müvafiq məhsulun şəklini göndərməyinizi Sizdən xahiş edə bilər. Qeyd edək ki, Tərəfdaş bu tələblərə əlavə olaraq tətbiq olunan digər şərtlər və ya zəmanətlər müəyyən edə bilər. Tərəfdaş belə şərtlər haqqında məlumatı Wolt xidmətində İstifadəçiyə ayrıca olaraq təqdim edir.

İstehlakçıların tətbiq olunan qanunvericiliklə müəyyən edilmiş ləğvetmə hüquqları Wolt tərəfindən məhdudlaşdırıla bilər.

Aşağıdakılar daxil olmaqla, bəzi məhsullar istehlakçıların ləğvetmə və qaytarma hüququndan qanunla istisna edilə bilər:

·       Təbiətinə görə yenidən satışa çıxarılması mümkün olmayan və ya tez bir zamanda korlanan və ya köhnələn digər məhsullar

·       Təbiətinə görə təhvil alındıqdan sonra digər məhsullardan ayrılmaz hala gələn məhsullar

·       Oyunlar, filmlər, proqram təminatı və digər möhürlənmiş məhsullar möhürün və bu cür məhsulların qablaşdırılmasının açılma anından etibarən ləğv edilə bilməz

·       Qablaşdırılması açıldıqdan sonra gigiyenik və intim gigiyena vasitələri

·       İstifadəçi spesifikasiyalarına və təlimatlarına uyğun olaraq fərdi sifarişlə hazırlanmış və ya istehsal edilmiş məhsullar

 

Bu o deməkdir ki, Siz öz ləğvetmə hüququnuza istinad edərək, məsələn, qida məhsullarını satın alındıqdan sonra geri qaytara bilməyəcəksiniz. Bu cür Pərakəndə Məhsullar üzrə Sifarişinizi onu verdikdən sonra geri ala, ləğv edə və ya dəyişdirə bilməyəcksiniz. Sifariş verməzdən əvvəl seçiminizi diqqətlə nəzərdən keçirin.

3.6. Pərakəndə Məhsullar Sifarişin ləğv edildiyi andan mümkün olan ən tez zamanda, lakin Sifarişin ləğv edildiyi tarixdən etibarən 14 gündən gec olmayaraq geri qaytarılmalıdır. Qaytarılan məhsul istifadə edilməmiş və yenidən satışa yararlı vəziyyətdə qaytarılmalıdır. Məhsul uyğun şəkildə qorunmalı və ilkin qablaşdırmada və ya bənzər şəkildə qablaşdırılmalıdır. Geri qaytarılmış məhsulun hər hansı bir şəkildə azaldığı və ya dəyişdirildiyi halda, Siz ödənişin tam geri almaq hüququna malik deyilsiniz.

3.7. Ləğv ediləcək Pərakəndə Məhsulların geri qaytarılması, Wolt xidməti vasitəsilə sifariş etdiyiniz Tərəfdaşın satış nöqtəsinə çatdırılmalıdır. Pərakəndə Məhsulları geri qaytarmaq üçün satış nöqtəsində müştəri xidməti ilə əlaqə saxlamağınızı xahiş edirik. Satış nöqtəsini Wolt və ya Tərəfdaşın təqdim etdiyi qəbzdən yoxlaya bilərsiniz. Siz Pərakəndə Məhsulların qaytarılması ilə əlaqədar çəkilən xərclərin ödənilməsinə görə məsuliyyət daşıyırsınız. İstifadəçi tərəfindən həyata keçirilmiş ödəniş, geri qaytarılan məhsulun və ya geri qaytarılmanın təsdiqinin Tərəfdaş tərəfindən alınması şərtilə, Sifarişin ləğv edilməsi barədə bildirişin alınmasından 14 gün ərzində Wolt tərəfindən geri qaytarılacaq. Wolt geri qaytarılan vəsaiti Sizin istifadə etdiyiniz eyni ödəniş üsulu ilə və Sifarişi həyata keçirdiyiniz eyni bank hesabına qaytaracaqdır. Sifarişin Çatdırılması həyata keçirildikdə, çatdırılma xərcləri geri ödənilmir.

4.     İstifadəçi Hesabları

4.1. Sizin Wolt Xidmətini vaxtaşırı olaraq yalnız burada göstərilən məqsədlər üçün sizə təqdim etdiyimiz formada istifadə etmək üçün məhdud, qeyri-müstəsna, başqasına ötürülə bilinməyən və sublisenziya verilə bilinməyən hüququnuz var. Apple-ın App Store mağazasından yüklənmiş iOS Wolt Tətbiqetməsi üçün İstifadəçiyə verilən lisenziya, Wolt Tətbiqetməsinin istifadəçinin sahibi olduğu və ya nəzarət etdiyi hər hansı Apple brendi olan məhsulda istifadəsi üçün lisenziya ilə və App Store-un Xidmət Şərtləri və bu Xidmət Şərtlərində göstərilən İstifadə Qaydaları ilə məhdudlaşır.
Burada açıq şəkildə verilməmiş hər hansı bir hüquq Wolt və Wolt lisenziyarları tərəfindən qorunur.

4.2. Wolt Xidmətindən istifadə etmək üçün İstifadəçi Wolt Xidmətində qeydiyyat qaydalarına əməl edərək istifadəçi hesabı yaratmalıdır. Hesabı qeydiyyatdan keçirmək üçün Istifadəçi adı və şifrənizi yaratmağı və Wolt-a adınızı, ünvanınızı, e-poçt nömrənizi və ən azı bir etibarlı ödəmə üsulu kimi müəyyən şəxsi məlumatları təqdim etməyinizi tələb edir. Hesabınızdakı dəqiq, tam və yenilənmiş məlumatları saxlamağa razılıq verirsiniz. Şəxsi məlumatlarınızın necə emal edildiyinə dair əlavə məlumat üçün Wolt-un Məxfilik Bəyannaməsinə baxmağınızı xahiş edirik. Wolt Xidmətinin məlumatları şəxsidir (Wolt və Müştəri Təşkilatı arasında başqa cür razılaşdırılmadıqda). İstifadəçi hər hansı bir istifadəçi hesabı məlumatlarının və İstifadəçinin və ya Müştəri Təşkilatının istifadəçi hesabına daxil olmaq üçün tələb olunan ekvivalent məlumatların konfidensial saxlanmasını və üçüncü tərəflərin əldə edə bilməyəcəyi təhlükəsiz bir şəkildə istifadə edilməsini təmin etməlidir. İstifadəçinin yalnız bir şəxsi istifadəçi hesabı ola bilər. Hesabınızı silmək istəyirsinizsə, yuxarıdakı əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlayın.

4.3. Hər hansı səlahiyyətsiz şəxsin İstifadəçinin istifadəçi hesabı məlumatlarından xəbərdar olduğundan və ya İstifadəçinin istifadəçi hesabına daxil olmasından şübhələnildiyi təqdirdə, İstifadəçi bu barədə dərhal Wolta məlumat verməlidir. İstifadəçi Wolt Xidmətindən hər hansı istifadə üçün və İstifadəçinin istifadəçi hesabındakı hər hansı fəaliyyəti üçün cavabdehdir.

4.4. Wolt Xidmətindən istifadə etmək üçün siz etibarlı kredit kartı və ya digər ödəniş vasitəsi məlumatlarını Wolta təqdim etməlisiniz. Wolt, ödəniş vasitənizin məlumatlarını yaddaşda saxlamır, çünki bu Wolt tərəfindən istifadə edilən üçüncü tərəf olan ödəniş xidməti təminatçısı tərəfindən yerinə yetirilir. Siz Müştəri Təşkilatının hesabına Wolt-da İş Funksiyası vasitəsilə edilən alışlar istisna olmaqla, Wolt Xidmətindən istifadə etməyinizlə əlaqədar bütün alqı-satqılar üzrə ödəniş etməyə razılaşırsınız. Siz istifadəçi hesabınıza təqdim etdiyiniz kredit kartı və digər ödəniş məlumatlarını yenilənmiş şəkildə saxlamalısınız.

5.     Ödənişlər

5.1. İstifadəçi və ya Wolt-da İş Hesabı üzrə Müştəri Təşkilatı, Wolt Xidmətinin müvafiq ödəmə funksiyasından istifadə edərək Sifarişdə göstərilən satınalma qiymətini ödəyəcəkdir. Wolt, Tərəfdaşın adından İstifadəçilərdən və ya Müştəri Təşkilatlarından bütün ödənişləri toplayır. Sifariş Wolt-da İş Funksiyasından istifadə olunmaqla edilirsə, İstifadəçi Wolt-da İş Funksiyası vasitəsilə Müştəri Təşkilatı adından ödənişi təsdiqləyir. İstifadəçi və ya Müştəri Təşkilatının ödəmə öhdəliyi Wolt Xidməti vasitəsilə Sifariş yerləşdirildikdə yaranır.

5.2. İstifadəçi bu ödəniş öhdəliyini yalnız Wolt Xidmətində təqdim olunan müvafiq onlayn ödəmə üsulundan istifadə etməklə yerinə yetirə bilər. İstifadəçi və ya Wolt-da İş Hesabı halında Müştəri Təşkilatı alış qiymətini Wolta ödəmişdirsə, İstifadəçi və ya Müştəri Təşkilatı Tərəfdaş qarşısında ödəmə öhdəliyini yerinə yetirmiş olur.

5.3. Ödəniş Sifarişin çatdırılmasından sonra İstifadəçinin kredit kartından və ya Müştəri Təşkilatının Wolt-da İş Funksiyası vasitəsilə avtomatik olaraq tutulur. Wolt Sifariş Wolt Xidməti vasitəsilə yerləşdirildikdən dərhal sonra Tərəfdaşın adından İstifadəçinin kredit kartında və ya Müştəri Təşkilatının Wolt-da İş Funksiyasında avtorizasiya etmək hüququna malikdir. Wolt, ödənişlərin prosessinqi üçün üçüncü tərəf olan ödəniş xidməti təminatçısından istifadə edir.

6.     Wolt kreditləri və tokenlər

6.1. Wolt Xidmətinin İstifadəçiləri Wolt Xidmətinə yeni istifadəçiləri abunə olmağa dəvət edərək Wolt kreditləri və ya tokenlər əldə edə bilərlər. İstifadəçi Wolt Xidmətində alışlarında endirim əldə etmək üçün Wolt kreditləri və tokenlərindən istifadə edə bilər.

6.2. Wolt Wolt kreditlərinin və tokenlərinin verilməsi, istifadəsi və etibarlılığı ilə bağlı şərtləri birtərəfli qaydada müəyyən edə bilər.

6.3. Hər hansı abunəliklə əlaqədar bonus kreditləri və ya tokenlər yalnız bir dəfə istifadə edilə bilər.

6.4. Wolt kreditləri və tokenlər nağd pula dəyişdirilə bilməz.

6.5. Əgər Wolt Wolt kreditləri və ya tokenlərindən hər hansı sui-istifadə halını aşkar edərsə və ya Wolt kreditləri və ya tokenlərinin yanlış əsaslarla verildiyindən şübhələnər və ya bunları aşkar edərsə, Wolt kreditləri və tokenləri ləğv ediləcəkdir, bu hallarda, Wolt həmin Wolt kreditləri və ya tokenlərindən istifadə edərək ödənilən məbləğ üzrə qaimə verir.

7.     Sifarişin çatdırılması

7.1. Əgər İstifadəçi Sifarişin çatdırılmasını Wolt Xidməti vasitəsilə sifariş verərsə, Sifariş Wolt Xidmətində İstifadəçi tərəfindən təsdiqlənən yerə çatdırılır. İstifadəçi Wolt Xidmətində təsdiq edilmiş yer üçün küçə ünvanı da təqdim etməlidir. İstifadəçi Wolt Xidməti üzrə verilən sifarişlərin çatdırılması üçün nəzərdə tutulmuş ünvan və təlimatların düzqünlüyü ilə bağlı məsuliyyəti yalnız özü daşıyır. Wolt İstifadəçi və ya Müştəri Təşkilatına çatdırılma xidmətlərini təqdim edir.

7.2. Wolt Xidmətindən istifadə edərkən bizim bəzi Tərəfdaşlarımız alış-verişin tələb olunan minimal dəyərini müəyyən edə bilərlər, bu halda Wolt Xidmətində sifariş verməzdən əvvəl sizə bu barədə xəbərdarlıq ediləcək. Sifariş tələb olunan minimal dəyərə uyğun gəlmədiyi təqdirdə, yaranan fərqi minimal dəyərə çatdırmaq məqsədilə ödəmək və ya Sifarişinizə əlavə məhsul daxil etmək imkanını əldə edəcəksiniz.

7.3. İstifadəçi İstifadəçinin Wolt Xidmətinə təqdim etdiyi telefon nömrəsində zəngləri qəbul etmək üçün əlçatan olmalıdır. Əgər İstifadəçi tərəfindən təqdim olunan telefon nömrəsinə zəng çatmazsa, çatdırılma Wolt tərəfindən ləğv edilə bilər və İstifadəçi və ya Müştəri Təşkilatından Sifarişin tam qiyməti tutula bilər

7.4. İstifadəçi sifarişi ən qısa müddətdə çatdırılma şəklində (standart çatdırılma metodu) və ya müəyyən bir çatdırılma müddətini əvvəlcədən sifariş etməklə yerləşdirə bilər.

7.5. Standart çatdırılma seçimi: İstifadəçi Sifarişin hazırlanması ilə Sifarişdə göstərilən məhsulların alınması vaxtı arasında Sifarişdə göstərilən təsdiq edilmiş yerdə olmalıdır. Əgər İstifadəçi sifariş edilmiş məhsulların çatdırılmasından beş dəqiqə ərzində təsdiqlədiyi yerdə olmazsa və İstifadəçi çatdırılma edən kuryer tərəfindən iki əlaqə cəhdindən sonra cavab vermirsə, çatdırılma Wolt tərəfindən ləğv edilə bilər və İstifadəçi və ya Müştəri Təşkilatından Sifarişin tam qiyməti tutula bilər.

7.6. "Əvvəlcədən sifariş" çatdırılma seçimi: İstifadəçi Sifarişi almaq üçün əvvəlcədən sifariş edilmiş çatdırılma vaxtından on dəqiqə əvvəldən sifarişin çatdırılması anına qədər təsdiq olunmuş yerdə olmalıdır.

8.     Tərəfdaşın satış nöqtəsində Sifarişin götürülməsi və alınması

8.1. Əgər İstifadəçi Sifarişdə göstərilən Tərəfdaşın məhsullarını çatdırmağı sifariş etməyibsə, lakin Tərəfdaşın satış nöqtəsindən götürülməsini sifariş edibsə, məhsullar Tərəfdaşın Sifarişlə əlaqədar İstifadəçinin seçdiyi satış nöqtəsindən götürülə bilər. Məhsullar götürülməyə hazır olduqda İstifadəçi ayrıca bir elektron təsdiq alacaq. Tərəfdaş və ya Wolt, Sifarişdə göstərilən məhsullar götürülərkən İstifadəçinin eyniləşdirilməsi üçün şərtlər müəyyən edə bilər.

8.2. Tərəfdaş, Sifarişin götürülməyə hazır olması barədə İstifadəçiyə bildirdikdən sonra sifariş edilmiş məhsulları 60 dəqiqə saxlamalıdır. Bununla belə, bu öhdəlik müəyyən Tərəfdaşın satış nöqtəsinin açıq olduğu saatlarla məhdudlaşır və Sifariş Tərəfdaşın qeyd olunan satış nöqtəsinin bağlanma vaxtından əvvəl götürülməlidir.

9.     Alındığı Yerə Yemək Sifarişi

9.1. İstifadəçi Tərəfdaşın satış nöqtəsində Sifarişdə göstərilən məhsulları istehlak etmək seçimi edibsə, İstifadəçi Tərəfdaşın satış nöqtəsində məhsulların istehlak olunmağa hazır olacağı gözlənilən vaxt barədə ayrıca bir elektron təsdiq alacaq.

10.  Vaxt hesablamaları

10.1. İstifadəçiyə Wolt Xidmətindəki Tərəfdaş və ya Wolt tərəfindən bildirilən hər hansı çatdırılma vaxtı və ya götürmə vaxtı və ya digər vaxtlar yalnız təxmin edilən vaxtlardır. Sifarişin təxmin edilən vaxtda çatdırılması və ya istehlakı və ya götürülməsi üçün hazır olacağına zəmanət yoxdur. Məhsulların çatdırılma müddətinə tıxaclar, pik saatları və hava şəraiti kimi amillər də təsir göstərə bilər.

11.  Əqli Mülkiyyət Hüquqları

11.1. Wolt Xidməti və ya bununla əlaqəli sənədlər və onların bütün hissələri və surətləri ilə əlaqəli bütün Əqli Mülkiyyət Hüquqları müstəsna olaraq Wolt və / və ya onun subpodratçılarının / lisenziya verənlərinin yeganə və müstəsna mülkiyyətində qalacaqdır. "Əqli mülkiyyət hüquqları" müəllif hüquqları və əlaqəli hüquqlar (verilənlər bazası və kataloq hüquqları və foto hüquqları daxil olmaqla), patentlər, faydalı modellər, dizayn hüquqları, əmtəə nişanları, ticarət adları, ticarət sirləri, nou-hau və əqli mülkiyyət hüquqlarının qeydiyyata alınmış və ya qeydiyyata alınmayan hər hansı digər formasını ehtiva edir.

11.2. Bu Xidmət Şərtləri İstifadəçiyə Wolt Xidmətində heç bir Əqli Mülkiyyət Hüququ vermir və bununla açıq şəkildə verilməmiş bütün hüquqlar Wolt və onun subpodratçıları / lisenziarları tərəfindən qorunur.

11.3. Apple, iOS Wolt Tətbiqetməsi və ya sizin ondan istifadənizin hər hansı bir üçüncü tərəfin əqli mülkiyyət hüququnu pozmasına dair hər hansı tələbin tədqiqatı, müdafiəsi, ödənməsi və ya yerinə yetirilməsi üçün məsuliyyət daşımır.

12.  Wolt Xidmətinin istifadəsi üçün Əlavə Müddəalar

12.1. Wolt Xidməti yalnız 18 yaş və ya yuxarı yaşda olan şəxslər üçün nəzərdə tutulur.

12.2. İstifadəçi Wolt Xidmətindən istifadə edərkən, o cümlədən alkoqol və tütün alarkən tətbiq edilən bütün qaydalara və tənzimləmələrə əməl etməlidir. İstifadəçinin yerləşdiyi ölkədə alkoqol tədarükünün mümkün olduğu təqdirdə, İstifadəçi Sifarişi çatdıran Woltun kuryer tərəfdaşına ən azı 18 yaşında olduğunu təsdiq edən etibarlı fotoşəkilli şəxsiyyət vəsiqəsini təqdim edə bilmədiyi təqdirdə, İstifadəçiyə spirtli içkilərin verilməsindən imtina edilə bilər. Yerləşdiyi ölkənin qanunlarından asılı olaraq, başqa hallarda da İstifadəçiyə spirtli içkilər çatdırılmaya bilər (məsələn, İstifadəçi sərxoşdursa). Həmçinin, İstifadəçiyə spirtli içkilərin çatdırılmasından İstifadəçinin yaşadığı ölkənin qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda da imtina edilə bilər (məsələn, istifadəçi sərxoşluq əlamətləri göstərirsə).

12.3. Wolt Wolt Xidmətini daim inkişaf etdirir və Wolt Wolt Xidmətinin müxtəlif hissələrini, eləcə də xüsusiyyətlərini, məhsullar və Wolt Xidmətində olan Tərəfdaşlar da daxil olmaqla qismən və ya bütövlükdə dəyişdirə və ya ləğv edə bilər.

12.4 Wolt, öz istəyi ilə, Wolt Xidmətləri vasitəsilə məzmunu və məlumatları və ya Wolt xidmətlər ilə əlaqəli rəyləri, və ya müsabiqələr və həvəsləndiriçi kampaniyalar üçün dəstək materialları ilə təmin etmək üçün məlumat göndərməyə, yükləməyə, yayımlamağa və ya başqa şəkildə təmin etməyə icazə verə bilər (“İstifadəçi məzmunu”). Sizin təqdim etdiyiniz hər hansı bir İstifadəçi məzmunu sizin mülkiyyətiniz olaraq qalır. Lakin, Wolt-a İstifadəçi Kontenti təqdim etməklə, siz Wolt şirkətinə sublisenziyalaşdırma, istifadə, nüsxələmə, dəyişiklik etmə, törəmə əsərlər yaratma, ictimayyiləşdirmə və digər istənilən şəkildə bu cür İstifadəçi Kontentini bütün formatlarda və əlavə xəbərdarlıq etmədən və ya sizin razılığınızı almadan və sizə və ya digər fiziki və ya hüquqi şəxsə ödənişin edilməsini tələb etmədən cari və gələcək kanallarda istifadə etmə hüququ ilə birgə ümumdünya, müddətsiz, geriçağırılmayan, ötürülən, əvəzsiz lisenziya təqdim edirsiz. Siz bəyan edir və zəmanət verirsiniz ki, yuxarıda göstərilən hüquqları Wolt-a təqdim etmək səlahiyyətinə maliksiniz və belə bir İstifadəçi Məzmunu və ya onun istifadəsi hər hansı bir şəkildə təhqiredici, alçaldıcı, ədəbsiz və ya zərərli deyil və hər hansı üçüncü şəxslərin əqli müəlliflik və ya mülkiyyət hüquqlarını, ictimai və ya gizlilik hüquqlarını pozmaq və ya hər hansı bir tətbiq olunan qanun və ya qərarı pozmağa səbəb ola bilməz.12.5. Wolt Xidmətindən istifadə etməklə İstifadəçi səhv, natamam, gecikmiş, yanlış, qanunsuz, təhqiramiz və ya başqa bir şəkildə zərərli ola biləcək məzmun və ya məlumatlarla qarşılaşa bilər. Wolt ümumiyyətlə Tərəfdaşlar tərəfindən təmin edilmiş məzmunu nəzərdən keçirmir. Wolt, üçüncü tərəflərin (o cümlədən Tərəfdaşların) məzmunu və ya məlumatı və ya onun istifadəsi və ya ona etibar edilməsi nəticəsində yaranan hər hansı bir ziyana görə məsuliyyət daşımır.

12.6. Siz və ya Müştəri Təşkilatı Wolt Xidmətinə daxil olmaq və istifadə üçün lazım olan hər hansı bir cihaz və ya avadanlıq (telefon kimi) və əlaqələrin əldə edilməsi və saxlanılması üçün və bununla əlaqədar bütün xərclər üçün məsuliyyət daşıyırsınız.

12.7. İstifadəçi bunları etməyəcək: (i) başqa bir şəxsin şəxsi Wolt hesabından istifadə etmək və/və ya Wolt Xidməti vasitəsilə digər şəxsin şəxsi ödəmə məlumatlarına daxil olmaq və ya digər şəxsin razılığı olmadan Wolt Xidmətindən istifadə edərkən başqa bir şəxsin şəxsi ödəmə kartlarından istifadə etmək; (ii) Wolt Xidmətinin və ya hər hansı əlaqəli texnologiyanın surətini çıxarmaq, dəyişdirmək və ya törəməsini yaratmaq; (iii) Wolt Xidməti və ya əlaqəli bir texnologiya və ya onun hər hansı bir hissəsi üçün tərs layihələndirmək,  mənbə kodunu götürmək və ayırmaq, əks şifrləmə etmək və ya mənbə kodunu əldə etməyə digər şəkildə cəhd göstərmək; (iv) Wolt Xidmətində olan hər hansı müəllif hüquqları, əmtəə nişanı və ya digər mülkiyyət hüququ bildirişlərini silmək; (v) Wolt Xidmətinə daxil edilmiş hər hansı bir reklamı silmək, örtmək və ya gizlətmək; (vi) Wolt xidmətindən əldə edilmiş hər hansı bir məlumatı Woltun razılığı olmadan toplamaq, istifadə etmək, surətini çıxarmaq və ya ötürmək; (vii) Wolt Xidmətindən istifadə etmək üçün bot proqramlarından və ya digər avtomatlaşdırılmış metodlardan istifadə etmək; (viii) saxta kimlik və ya başqa birinin kimliyindən istifadə edərək Wolt hesabı yaratmaq; və ya (ix) Wolt Tətbiqetməsi və Wolt veb-saytı kimi Wolt tərəfindən təmin edilmiş interfeyslər istisna olmaqla, Wolt Xidmətinə daxil olmaq.

12.8. Sizin Wolt Xidmətindən və ya onun hər hansı məzmunundan qeyri-kommersiya məqsədlərindən başqa digər məqsədlər üçün istifadə hüququnuz yoxdur. Wolt Xidmətlərinin hər hansı bir hissəsini təmizləmək, çıxarmaq və/və ya izləmək üçün hər hansı bir robot, hörümçək, veb tarama, hasilat proqramı, avtomatlaşdırılmış proses və/və ya cihazın istifadəsi kimi sistematik axtarışın istifadəsi qəti qadağandır.

12.9. Əgər: (i) İstifadəçi Wolt Xidmətindən sui-istifadə edərsə və ya Wolt Xidmətindən istifadəyə və ya Tərəfdaşlara və ya Wolt və ya Wolt işçilərinə hər hansı xəsarət vura və ya zərər vurarsa; (ii) Wolt Xidmətindən istifadə edərkən İstifadəçinin dələduzluq hərəkətlərinə yol verdiyinə Wolt-un əsaslı inancı varsa; (iii) İstifadəçi saxta Sifariş yerləşdirərsə (məsələn, ödəməməklə və ya Sifarişi almaq üçün çatdırılma zamanı və ya götürmə məkanında olmamaqla) və ya bu Xidmət Şərtlərindən irəli gələn öhdəliklərinə başqa şəkildə əməl etmədikdə; (iv) Sifarişin düzgünlüyünə və ya həqiqiliyinə dair əsaslı şübhə olduqda, Wolt İstifadəçini dərhal Wolt xidmətindən çıxarmaq və / və ya İstifadəçidən istənilən Sifarişləri rədd etmək və ya ləğv etmək hüququna malikdir. Əgər Wolt artıq ödənilmiş Sifarişi ləğv edərsə, Wolt həmin məbləği İstifadəçi tərəfindən ödəniş edilmiş həmin İstifadəçinin hesabı və ya Wolt-da İş Hesabından birinə köçürür.

12.10. İstifadəçilər haqqında toplanmış fərdi məlumatların nəzarətçisi, başqa hal nəzərdə tutulmayıbsa Wolt Enterprises Oy-dur. Wolt Enterprises Oy İstifadəçidən Wolt Məxfilik Bəyannaməsinə əsasən toplanmış fərdi məlumatları emal etməlidir.

12.11. İstifadəçi Wolt Tətbiqetməsi və ya Wolt Xidmətindən istifadə edərkən müqavilənin üçüncü şəxslərə tətbiq olunan şərtlərinə əməl etməlidir.

12.12. İstifadəçi (i) ABŞ Hökumətinin embarqosuna məruz qalmış və ya ABŞ Hökuməti tərəfindən "terroru dəstəkləyən" ölkə olaraq təyin olunan ölkədə olmadığını; və (ii) o, ABŞ Hökuməti tərəfindən qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş şəxslərin siyahısında olmadığını bildirir və zəmanət verir.

13.  Müddət və xitam

13.1. Bu Xidmət Şərtləri İstifadəçinin Wolt xidmətindən istifadə etdiyi müddətdə növbəti xəbərdarlığa qədər Wolt və İstifadəçi arasında icrası məcburi razılaşma olaraq qüvvədədir.

13.2. İstifadəçi istənilən vaxt Wolt Xidmətindən istifadəni dayandıra bilər. Wolt istənilən vaxt Wolt Xidməti göstərməyi daimi və ya müvəqqəti olaraq dayandıra bilər.

14.  Şikayətlər

14.1. Xahiş edirik nəzərə alasınız ki, Wolt Xidməti istənilən vaxt dayandırıla və ya daimi olaraq ləğv edilə bilər. Wolt Xidməti həmçinin müvəqqəti olaraq dayandırıla bilər. Wolt xidmətindən hər hansı bir məlumatın ehtiyat nüsxəsinin çıxarılması üçün istifadə etməyin. Wolt Xidmətləri vaxtı-vaxtında və yanlışsız təmin etmək üçün ağlabatan səy göstərirdiyi təqdirdə, bu Xidmət Şərtlərində açıq şəkildə göstərilməyən bütün bəyanlardan və zəmanətlərdən imtina edir. Wolt Wolt Xidmətinin və ya platforma vasitəsilə təqdim olunan hər hansı məhsul və ya xidmət ilə bağlı etibarlılığına, gecikmədən icrasına, keyfiyyətinə və ya yararlığına, eləcə də Wolt Xidmətinin fasiləsiz və ya yalnışsız olacağına dair heç bir zəmanət vermir.

14.2. Tərəfdaş Sifarişi İstifadəçinin sifariş verdiyi xüsusiyyətlərə uyğun olaraq və Wolt Xidmətində göstərilən müddətdə hazırlamağı öhdəsinə götürür. Sifarişdə (onun çatdırılmasında) hər hansı bir qüsur varsa, İstifadəçi ya Tərəfdaşın adından çıxış edən Woltun müştəri xidməti ilə tətbiqetmədəki müştərinin dəstəklənməsi xətti və ya support@wolt.com vasitəsilə, ya da Tərəfdaşla birbaşa əlaqə saxlaya bilər.

14.3. Tərəfdaş, Sifarişin məzmunu və hazırlanmasında hər hansı bir nöqsan və ya Alqı-satqı Müqaviləsinin yerinə yetirilməsindəki digər çatışmazlıqlar üçün təkbaşına məsuliyyət daşıyır.

14.4. Alqı-satqı Müqaviləsinin yerinə yetirilməsində çatışmazlıqları aşkar edən İstifadəçi hər hansı bir şikayətini Wolt və ya Tərəfdaşa qeyd edilmiş nöqsanların dəqiq təsvirləri ilə gecikmədən təqdim etməlidir. Pərakəndə Məhsullarda aşkar edilmiş qüsurlar barədə bildiriş qüsurların aşkar edildiyi andan etibarən ağlabatan müddət ərzində, lakin aşkar edildikdən sonra iki aydan gec olmayaraq irəli sürülmüş olmalıdır. Xahiş edirik nəzərə alasınız ki, qida məhsullarında və ya öz təbiətinə görə korlanan və ya tez köhnələn digər məhsullarda aşkar edilmiş qüsur barədə məlumatı bu qüsurun düzgün araşdırılması və yoxlanılmasını təmin etmək üçün ən qısa müddətdə bildirməyiniz vacibdir. Pərakəndə Məhsullarda qüsur aşkar edildikdə, ödəniş məbləği qüvvədə olan qanunvericiliyə uyğun olaraq Sizə geri qaytarılacaqdır.

14.5 Wolt, onun niyyəti və ya kobud səhlənkarlığı nəticəsində yaranan məsuliyyət və ya tətbiq olunan qanunvericiliyə uyğun olaraq istisna edilə bilməyən və ya məhdudlaşdırıla bilməyən hər hansı digər məsuliyyət istisna olmaqla, sizin və ya üçüncü tərəfin Wolt Xidmətləri ilə əlaqəli çəkə biləcəyiniz zərar və ya ziyana görə hər hansı məsuliyyət daşımır.

14.6. Apple-ın Wolt Tətbiqetməsi ilə əlaqədar hər hansı bir texniki xidmət və dəstək xidmətləri təqdim etmək öhdəliyi yoxdur. Tətbiq olunan qanunla hər hansı bir texniki xidmətin və ya dəstəyin tələb olunduğu halda, Apple deyil, biz bu cür texniki xidmət və ya dəstəyi verməyə borcluyuq. Qanunla imtina edilə bilməyən hər hansı zəmanətin mövcud olduğu təqdirdə, Apple deyil, biz həmin zəmanət üçün təkbaşına məsuliyyət daşıyırıq. Apple deyil, biz İstifadəçinin sahibliyi və/və ya istifadəsində olan iOS Wolt Tətbiqetməsi və ya İstifadəçinin və ya hər hansı üçüncü tərəfin iOS Wolt Tətbiqetməsi ilə əlaqədar hər hansı iddialarına, həmçinin bununla məhdudlaşmamaqla: (i) məhsul öhdəliyi iddiaları; (ii) iOS Wolt Tətbiqetməsinin tətbiq olunan istənilən qanunun və ya tənzimlənmə tələbinə cavab vermədiyi barədə hər hansı iddia; və (iii) istehlakçıların müdafiəsi, məxfilik və ya oxşar qanunvericilik, o cümlədən iOS Wolt Tətbiqetməsinin HealthKit və HomeKit çərçivələrindən istifadəsi ilə əlaqədar yaranan iddialara görə məsuliyyət daşıyırıq.

15.  Tətbiq olunan hüquq və Mübahisələrin həlli

15.1. Bu Xidmət Şərtləri İstifadəçinin yaşadığı ölkənin qanunlarına əsasən tənzimlənəcək və təfsir ediləcəkdir.

15.2. İstehlakçısınızsa, xahiş edirik nəzərə alasınız ki, yaşayış yerinizin istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunu ilə sizə verilmiş hüquqlardan məhrum edilə bilməzsiniz.

15.3. Bu Xidmət Şərtlərindən irəli gələn mübahisələr İstifadəçinin yerləşdiyi ölkənin səlahiyyətli məhkəmələri tərəfindən həll ediləcəkdir. Amma İstehlakçı hər zaman, yerləşdiyi yerin səlahiyyətli məhkəməsində məhkəmə icraatı başlada bilər. Aİ-də yaşayan istifadəçisinizsə, siz və Wolt həm də mübahisələrin həlli üçün Avropa Komissiyası tərəfindən idarə olunan MOH (Mübahisələrin Onlayn Həlli) platformasından istifadə edə bilərsiniz. Bu platformanı ec.europa.eu/odr saytında tapa bilərsiniz. Siz həmçinin mübahisəni yaşayış yerinizdəki istehlakçı mübahisələri şurasına və ya digər müvafiq məhkəmədənkənar quruma yönləndirə bilərsiniz. Azərbaycanda istehlakçı olduğunu təqdirdə, istənilən zaman Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinə müraciət edə bilərsiniz (Bax http://www.consumer.gov.az / təlimat üçün).

16.  Düzəlişlər

16.1. İstifadəçilər üçün bu Xidmət Şərtlərinə düzəlişlər edilə bilər.

16.2. Wolt İstifadəçi Şərtlərinin cari versiyasını Wolt Veb-Saytında tapa bilərsiniz. Biz İstifadəçi Şərtlrinə əhəmiyyətli dəyişikliklər etməyəcəyik və ya İstifadəçi Şərtlərinə uyğun olaraq bu barədə xəbərdarlıq etmədən İstifadəçilərin hüquqların həcmini azaltmayacağıq. İstifadəçi dəyişiklik edilmiş Wolt Xidmət Şərtləri ilə razı deyilsə, Wolt Xidmətindən istifadəni dayandırmalıdır.

17.  Tələbin güzəşti

17.1. Wolt bu Şərtlər üzrə bütün və ya istənilən hüquqlarını və ya öhdəliklərini bütövlükdə və ya qismən törəmə müəssisəyə və ya varisə və ya Wolt Xidməti ilə əlaqəli olan biznes aktivlərinin alıcısına və ya əldə edənə İstifadəçinin ilkin razılığı olmadan güzəşt etmək hüququna malikdir.

17.2. İstifadəçi buradakı hər hansı hüquq və ya öhdəliklərini tam və ya qismən güzəşt etmək hüququna malik deyil.

*****

15.07.2019 tarixində yenilənmişdir

 

WOLT-un MƏXFİLİK BƏYANNAMƏSİ

Wolt Enterprises Oy və bəzi Wolt qrup şirkətləri ("Wolt", "biz") Wolt-un qida sifariş xidmətləri ("Wolt Tətbiqetməsi") istifadəçilərinin və wolt.com veb-saytının("Veb-sayt") ziyarətçilərinin fərdi məlumatlarını emal edirlər.

Hazırki Məxfilik Bəyannaməsində "Wolt Xidmətləri" ifadəsi Veb-sayt və Wolt Tətbiqetməsinə birgə istinad edir. Bu Məxfilik Bəyannaməsində "İstifadəçi" və ya "siz" ifadəsi bizim və qrup şirkətlərimizin müştərilərinə, nümayəndələrinə və bizim müştəri təşkilatlarının digər səlahiyyətli istifadəçilərinə, potensial müştərilərə və Wolt Xidmətləri istifadəçilərinə istinad edir. Siz Wolt Xidmətində qeydiyyatdan keçdiyiniz və İstifadəçi hesabı yaratdığınız zaman Wolt müştərisi olursunuz.

Məxfilik Bəyannaməmiz, məsələn, emal etdiyimiz fərdi məlumatların növlərini, fərdi məlumatları necə emal etdiyimizi və məlumatların subyekti kimi hüquqlarınızdan necə istifadə edə biləcəyinizi (məsələn, etiraz etmək hüququ, giriş hüququ) izah edir.

Bəzi xidmətlərimizə xüsusi məxfilik siyasəti tətbiq edilə bilər. Müəyyən xidmətə xüsusi məxfilik siyasəti tətbiq edildiyi halda, bu cür məxfilik siyasəti sözügedən xidmətlə əlaqədar paylaşılacaqdır.

Bu Məxfilik Bəyannaməsi, məlumatların işlənməsi prosesində və ya başqa şəkildə dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı olaraq yenilənə bilər. Hazırki versiyanı Veb-saytda tapa bilərsiniz. Bu Məxfilik Bəyannaməsində əhəmiyyətli dəyişikliklər etməyəcəyik və ya müvafiq bildiriş vermədən bu Məxfilik Bəyannaməsi üzrə İstifadəçilərin hüquqlarını məhdudlaşdırmayacağıq.

1.              MƏLUMAT NƏZARƏTÇİSİ(LƏRİ)

Bu Məxfilik Bəyannaməsi Wolt tərəfindən həyata keçirilən fərdi məlumatların işlənməsinə şamil edilir.

İstifadəçilərin fərdi məlumatlarının işlənməsi ilə əlaqədar olaraq Wolt Enterprises Oy və Wolt Azerbaijan MMC birgə məlumat nəzarətçiləri kimi çıxış edir. Bu o deməkdir ki, Wolt Enterprises Oy və Wolt Azerbaijan MMC birlikdə fərdi məlumatların işlənməsinin məqsədləri və işlənmə vasitələrini müəyyənləşdirirlər.

 

Wolt Enterprises Oy, yerli birgə nəzarətçilər adından Wolt qrupunun fərdi məlumatların işlənməsi ilə bağlı bütün məlumat subyektlərinin sorğularının və suallarının idarə edilməsinə görə cavabdeh təyin edilmişdir.

2.              WOLT-un ƏLAQƏ MƏLUMATLARI

Ad: Wolt Enterprises Oy
Biznesin eyniləşdirmə nömrəsi: 2646674-9

Cari ünvanı: Finlandiya, Helsinki, Arkadiankatu 6, 00100
E-poçt ünvanı: support@wolt.com

 

Ad: Wolt Azerbaijan MMC

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi:1404631321

Cari ünvanı: Baku City Point, 102 Cəlil A. Məmmədquluzadə küçəsi, AZ1022 Bakı,

Azərbaycan

E-poçt ünvanı: support@wolt.com

Wolt.com/az

Wolt, yuxarıdakı əlaqə məlumatları ilə əlaqə qura biləcəyiniz bir məlumat qoruma məmuru təyin etdi.
 

3.     İŞLƏNİLMİŞ FƏRDİ MƏLUMATLAR VƏ MƏLUMAT MƏNBƏLƏRİ

Bizim tərəfimizdən toplanmış və işlənilmiş fərdi məlumatları iki ümumi məlumat kateqoriyasına bölmək olar: İstifadəçi Məlumatları və Analitik Məlumatlar.

İstifadəçi Məlumatları

İstifadəçi Məlumatları, vəziyyətdən asılı olaraq birbaşa özünüzdən və ya adından Wolt Xidmətlərindən istifadə etdiyiniz Müştəri Təşkilatımızdan ("Müştəri Təşkilatı") toplanan fərdi məlumatlardır. İstifadəçi Məlumatlarını İstifadəçilər və Müştəri Təşkilatlarımızdan müxtəlif yollarla, o cümlədən, Müştəri Təşkilatı ilə xidmət müqaviləsi bağlandıqdan sonra və ya İstifadəçilər Wolt Xidmətlərində qeydiyyatdan keçdikdə, xəbər bülleteninə abunə olduqda və ya forma doldurduqda toplaya bilərik.

Əlavə olaraq unutmayın ki, Wolt Xidmətləri vasitəsilə həyata keçirdiyiniz hər hansı bir əməliyyat və ödənişlər barədə məlumatları da toplayırıq.

Wolt Xidmətlərindən istifadə üçün lazım olan İstifadəçi Məlumatları

Bizim tərəfimizdən toplanmış və işlənilmiş aşağıdakı fərdi məlumatlar sizinlə bizim aramızdakı müqaviləni lazımi səviyyədə yerinə yetirmək, həmçinin Müştəri Təşkilatlarımızla müqavilə öhdəliklərimizi yerinə yetirərkən qanuni maraqlarımız və bizim qanuni öhdəliklərimizə əməl etmək üçün lazımdır.

Bizimlə Müştəri Təşkilatı arasında xidmət müqaviləsi bağlandıqdan sonra Müştəri Təşkilatı bizə tam adınızı və e-poçt ünvanınızı təqdim edir.

Wolt Xidmətlərində qeydiyyatdan keçdiyiniz və istifadəçi hesabı yaratdığınız zaman bizə aşağıdakı məlumatları təqdim etməlisiniz:

• tam ad

• telefon nömrəsi

• e-poçt ünvanı

• ödəniş vasitə(ləri)nizin nömrəsi və ödəniş vasitə(ləri)nizin son istifadə müddəti (qida məhsullarını Wolt Xidmətləri vasitəsilə sifariş etmək üçün tələb olunur, lakin Wolt ödənişlərin emalı üçün üçüncü tərəf ödəmə xidməti təminatçısından istifadə etdiyindən Wolt-da yaddaşda saxlanılmır) kimi ödəniş vasitəs(lər)i ilə əlaqəli məlumatlar.

Bizə könüllü olaraq verdiyiniz İstifadəçi Məlumatları

İstifadəçi və ya müştəri təcrübəniz bizə aşağıdakı məlumatları təqdim edərək inkişaf etdirilə bilər:

Əlavə Hesab Məlumatı:

o şəkil

o çatdırılma ünvanı

o məkan məlumatları (məkan məlumatlarınızın emal olunmasına razılıq verdiyiniz təqdirdə)

o istifadəçi hesabı yaradarkən və ya sonradan hesabınıza dəyişikliklər edərkən təqdim etdiyiniz digər məlumatlar

Digər məlumatlar. Könüllü olaraq təqdim etdiyiniz aşağıda qeyd olunan digər məlumatları da emal edə bilərik:

o xidmətlərimizi qiymətləndirərkən təqdim etdiyiniz məlumatlar

o marketinqlə bağlı razılıq və imtinalarınız

o telefonla və ya e-poçtla və ya bizimlə yazışmalarda, o cümlədən müştəri xidmətlərinə edilən zənglərin yazılması ilə təqdim etdiyiniz məlumat

Sizdən və Müştəri Təşkilatından toplanmış İstifadəçi Məlumatlarına əlavə olaraq, üçüncü tərəf xidmət təminatçılarının sizin haqqınızda təqdim etdikləri müəyyən fərdi məlumatları da emal edirik.

Hesabınıza Facebook ilə qoşulursunuzsa və ya daxil olursunuzsa, Facebook, profil şəkliniz, Facebook dostlarınızın nümunəsi və Facebook eyniləşdirmə nömrəniz kimi şəxsi məlumatlarınızı bizimlə bölüşür.

Analitika Məlumatları

Sizi bir fərd olaraq müəyyənləşdirmək üçün adətən Analitika Məlumatlarından istifadə etməməyimizə baxmayaraq, bəzən tək və ya İstifadəçi Məlumatları ilə birləşdirildikdə və əlaqələndirildikdə tanına bilərsiniz. Bu cür hallarda, Analitika Məlumatları da tətbiq olunan qanunlara əsasən fərdi məlumatlar hesab edilə bilər və biz bu məlumatlara fərdi məlumatlar kimi yanaşacağıq.

Wolt Xidmətlərini ziyarət edərkən və ya qarşılıqlı əlaqə qurarkən avtomatik olaraq aşağıdakı Analitika Məlumatlarını toplaya bilərik:

Cihaz haqqında məlumat. Wolt Xidmətlərindən istifadə edərkən istifadə etdiyiniz texniki cihazla bağlı aşağıdakı məlumatları toplayırıq:

o cihaz və cihazın eyniləşdirmə nömrəsi, cihazın İMEİ kodu

o ölkə

o İP ünvanı

o bələdçi növü və versiyası

o əməliyyat sistemi

o İnternet xidməti təminatçıları

o cihazınızın reklam identifikatoru

o ziyarətçi identifikatoru

İstifadə məlumatları. Wolt Xidmətlərindən istifadəniz haqqında aşağıdakı tipli məlumatları toplayırıq:

o Wolt Xidmətlərinə sərf olunan vaxt

o Wolt Xidmətləri ilə qarşılıqlı əlaqə

o Wolt Xidmətləri vasitəsilə edilən sifarişlər haqqında məlumat

o Wolt Xidmətlərini ziyarət etməzdən əvvəl və sonra ziyarət etdiyiniz veb-saytın URL-si

o Wolt Xidmətlərinə ziyarətinizin vaxtı və tarixi

o ziyarət etdiyiniz Wolt Xidmətləri bölmələri

o Wolt Xidmətlərindən istifadə edərkən axtardığınız məhsullar

Tanımlama məlumatları (Çərəzlər)

İstifadəçilər Wolt Xidmətlərini ziyarət etdikdə analitika məlumatlarını və digər məlumatları toplamaq və saxlamaq üçün tanımlama məlumatları və veb-mayaklar da daxil olmaqla, müxtəlif texnologiyalardan istifadə edirik.

Tanımlama məlumatları, Wolt Xidmətləri ziyarətçilərini müəyyənləşdirməyə və Wolt Xidmətlərindən istifadəni asanlaşdırmağa və ziyarətçilərimizin məcmu məlumatlarını yaratmağa imkan verən, cihazınıza göndərilən və saxlanan kiçik mətn sənədləridir. Bu, Wolt Xidmətlərini inkişaf etdirməyə və İstifadəçilərimizə daha yaxşı xidmət etməyə kömək edir. Tanımlama məlumatları cihazınıza və ya fayllarınıza zərər verməyəcəkdir. Biz tanımlama məlumatlarından Wolt Xidmətlərini və təqdim etdiyimiz məlumatları İstifadəçilərimizin fərdi maraqlarına uyğunlaşdırmaq üçün istifadə edirik. Bəzi tanımlama məlumatları Wolt Xidmətlərinin istifadəsi və fasiləsiz emalı üçün tələb olunur və onlar, məsələn, seçdiyiniz ölkənin və dilin yaddaşda saxlanılması üçün istifadə olunur. Digər tanımlama məlumatları Wolt Xidmətlərinin necə istifadə edildiyi barədə məlumat toplayır, məsələn, Wolt Xidmətlərinin yaxşılaşdırılması üçün hansı məzmunun daha sıx ziyarət olunduğu haqda məlumat.  Biz həmçinin Wolt Xidmətlərində və ya digər üçüncü tərəf platformalarında reklamlarımızı nüməyış etmək məqsədilə tanımlama məlumatlarından istifadə edə bilərik.

İstifadəçilər veb bələdçisini tanımlama məlumatlarından imtina edilməsinə və ya tanımlama məlumatları göndərildiyi zaman xəbərdaretmə rejiminə uyğunlaşdıra bilər. Məsələn, aşağıdakı keçidlər bəzi məşhur bələdçilərdə tanımlama məlumatları parametrlərini necə tənzimləmək barədə məlumat verir:

Safari

Google Chrome

İnternet Explorer

Mozilla Firefox

Nəzərə alın ki, tanımlama məlumatlarının istifadəsindən imtina olunarsa, Wolt Xidmətlərinin bəzi hissələri düzgün işləməyə bilər.

Veb-mayak veb-saytların və e-poçtların oxucularını eyniləşdirməyə imkan verən bir texnologiyadır, məsələn, e-poçtun oxunduğunun müəyyənləşdirilməsi.

Veb analitika xidmətləri

Wolt Xidmətləri, analitika məlumatları və ziyarətçilərin istifadəsi barədə hesabat tərtib etmək və Wolt Xidmətlərinin inkişafına kömək etmək üçün Google Analytics və digər veb analitika xidmətlərindən istifadə edir. Google Analytics haqqında ümumi məlumat üçün Google Analytics-i ziyarət edin. Aşağıdakı bələdçidən əlavə etmə funksiyası vasitəsilə Google Analytics-dən imtina etmək mümkündür: Google Analytics opt-out add-on.

Reklam və ziyarətçi müəyyənləşdiriciləri

Wolt Xidmətləri sizin tətbiqetmə və xidmətdən istifadənizi və seçimlərinizi izləmək və proqnozlaşdırmaq üçün anonimləşdirilmiş müəyyənləşdiricilərdən istifadə edir.

Əməliyyat sisteminizin parametrlərini aşağıdakı kimi dəyişdirərək bu müəyyənləşdiricilərin istifadəsindən imtina edə bilərsiniz:

Reklam müəyyənləşdiriciləri iOS mobil cihazlarında Limit Ad Tracking tab (Settings →Privacy → Advertising → Limit Ad Tracking) rejimi yandırılmaqla söndürülə bilər. Reklam müəyyənləşdiriciləri haqqında ümumi və daha çox məlumat əldə etmək üçün Apple Advertising and Privacy saytına baxın.

Wolt ziyarətçi müəyyənləşdiriciləri iOS və Android mobil cihazlarında parametrlərinizi dəyişdirməklə söndürülə bilər (iOS üçün: Settings → Wolt → Wolt settings → Limit Tracking, və Android üçün: Wolt tətbiqetməsi → Profile tab → Settings düyməsi yuxarı sağ küncdə).

 

4. FƏRDİ MƏLUMATLARINIZIN İŞLƏNİLMƏSİNİN MƏQSƏDLƏRİ VƏ HÜQUQİ ƏSASLARI

 

Məqsədlər

 

Fərdi məlumatlarınızın Wolt tərəfindən işlənilməsinin bir neçə məqsədi var. Aşağıdakı məqsədlərdən biri və ya bir neçəsi eyni zamanda tətbiq oluna bilər:

 

Wolt Xidmətlərini təmin etmək və müqavilə öhdəliklərimizi yerinə yetirmək (hüquqi əsas: müqavilənin icrası və qanuni maraq)

 

Wolt, Wolt və Müştəri Təşkilatı və ya Wolt və sizin aranızdakı müqaviləyə əsasən və sizlə Wolt arasında müqavilənin tətbiq edilməsi məqsədilə tələb edilə bilənWolt Xidmətlərini sizə təqdim etmək üçün fərdi məlumatlarınızı emal edir. Wolt həmçinin Wolt-a xas qanuni və əhəmiyyətli olan maraqları baxımından tələb edildiyi halda şəxsi məlumatları emal edə bilər.

 

Məsələn, sizin sorğuların emalını, sizlə əlaqənin yaradılmasını, ödənişlərinizi və ya ödənişin geri qaytarılmasını (mümkün olduqda) idarə etmək və tərəfdaşlarımıza (restoranlar və kuryer tərəfdaşlarımız) sifarişinizin hazırlanması və ya çatdırılması üçün lazım olan məlumatları vermək üçün məlumatlarınızı emal edirik.

 

 Sifarişin təyinat yerini və sifarişinizin statusu haqqında məlumat vermək üçün, habelə yaxınlığınızda yerləşən restoranları göstərmək üçün dəqiq və ya təxmini yeriniz, o cümlədən kompüterinizin və ya mobil telefonunuzun real vaxt rejimində coğrafi yeri barədə məlumat toplaya, istifadə edə və paylaşa bilərik Yeriniz haqqında məlumatın istifadəsi üçün icazə Wolt Xidməti tərəfindən istənilir. İzləmə xüsusiyyəti, brauzerinizdə gizlilik və təhlükəsizlik parametrləri vasitəsilə kompüterinizdə (Profil Parametrləri – Əlavə Parametrlər - Yer və push - Parametrlər-Yerləşmə Parametrləri) və uzaqdan idarə oluna bilər.

Qanuni öhdəliklərimiz üçün (hüquqi əsas: qanuni öhdəliyə əməl etmə)

 

Wolt, qanuni öhdəliklərimizi idarə etməyimiz və yerinə yetirməyimiz üçün məlumatları emal edir. Buraya mühasibat uçotu öhdəliklərimizə əməl edilməsi və vergi orqanları kimi müvafiq orqanlara məlumat vermək üçün emal olunmuş məlumatlar daxildir.

 

İddialara baxılması və hüquqi proseslər üçün (hüquqi əsas: qanuni maraq)

 

Wolt, iddiaların baxılması, borcların yığılması və hüquqi proseslərlə əlaqədar fərdi məlumatları emal edə bilər. Saxtakarlığın qarşısının alınması, xidmətlərimizdən sui-istifadə və məlumat, sistem və şəbəkə təhlükəsizliyi üçün də məlumatları emal edə bilərik.

 

Müştəri ilə ünsiyyət və marketinq üçün (hüquqi əsas: qanuni maraq)

 

Wolt fərdi məlumatlarınızı sizinlə Wolt Xidmətləri ilə bağlı əlaqə saxlamaq və onlarla əlaqəli dəyişikliklər barədə sizə məlumat vermək üçün emal edir. Fərdi məlumatlarınız Wolt Xidmətlərinin sizə tanıdılması məqsədi ilə də istifadə olunur. Qanuni maraqlar emal üçün əsas hesab edilir, məsələn, təkliflərimizi fərdiləşdirdikdə və sizin üçün daha münasib olan xidmətləri təqdim etdikdə və xidmətlərimizin inkişafı üçün maraqlarınız və rəyləriniz barədə məlumatları təhlil etdikdə.

 

Keyfiyyətin yaxşılaşdırılması və tendensiyanın təhlili üçün (hüquqi əsas: qanuni maraq)

Biz, həmçinin Wolt Xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün, məsələn, Wolt Xidmətlərindən istifadə zamanı tendensiyanı təhlil edərək, Wolt Xidmətlərindən istifadə haqqında məlumatları emal edə bilərik. Xidmətlərimizin ehtiyaclarınıza uyğun olmasını təmin etmək üçün fərdi məlumatlardan müştəri məmnuniyyəti ilə bağlı sorğular kimi məqsədlər üçün istifadə edilə bilər. Mümkün olduqca, bunu yalnız məcmu, fərdi müəyyənləşdirməyə imkan verməyən məlumatlardan istifadə edərək edəcəyik.

İşənilmə üçün hüquqi əsaslar

Wolt sizin və ya Müştəri Təşkilatı qarşısında olan müqavilə öhdəliklərimizi yerinə yetirmək və qanuni öhdəliklərə əməl etmək üçün fərdi məlumatlarınızı emal edir. Bundan əlavə, fərdi məlumatlarınızı qanuni marağımızı təmin etmək üçün işimizi idarə etmək, inkişaf etdirmək və saxlamaq və müştəri münasibətlərini yaratmaq və qorumaq məqsədi ilə emal edirik. Sizin məlumatlarınızı qanuni maraqlarımız əsasında istifadə etməyi seçərkən şəxsi maraqlarımızı sizin şəxsi məxfilik hüququnuzla nisbətdə qiymətləndiririk və məsələn, mümkün olduqda, sizə asanlıqla bizim marketinq əlaqələrimizdən imtina etmək və anonimləşdirilmiş və ya şəxsiyyəti müəyyənləşdirməyə imkan verməyən məlumatdan istifadə etmək imkanını təmin edirik.

Wolt Xidmətlərinin bəzi hissələrində, fərdi məlumatların emalı üçün razılığınızı verməyiniz tələb oluna bilər. Belə olan halda, siz razılıq verməzdən əvvəl sizin Şəxsi Məlumatlarınız emal edilmir və istənilən vaxt razılığınızı geri götürə bilərsiniz.

5. AVROPA XARİCİNDƏKİ ÖLKƏLƏRƏ ÖTÜRÜLMƏ

Wolt fərdi məlumatlarınızı ilk növbədə Avropa İqtisadi Bölgəsində saxlayır. Bununla birlikdə bir neçə coğrafi məkanda xidmət təminatçılarımız və əməliyyatlarımız var. Buna görə, biz və xidmət təminatçılarımız sizin fərdi məlumatlarınızı Avropa İqtisadi Bölgəsindən və ya İstifadəçinin yerləşdiyi ərazidən kənarda yerləşən yurisdiksiyalara ötürə və ya sizin fərdi məlumatlarınıza orada çıxış əldə bilərik.

İstifadəçilərin fərdi məlumatlarının emal olunduğu yurisdiksiyalarda lazımi səviyyədə qorunmasını təmin etmək üçün addımlar atacağıq. Fərdi məlumatların Avropa İqtisadi Bölgəsindən kənar ölkələrə ötürülməsi üçün Standart Müqavilə Müddəalarına əsaslanan bir sıra xidmət təminatçılarımızla bağladığımız sazişlər və ya Məxfilik Sistemi Çərçivəsi kimi digər müvafiq təminatlar vasitəsilə kifayət qədər qorunma təmin edirik.

 

Fərdi məlumatların ötürülməsi ilə bağlı daha çox məlumat yuxarıda göstərilən ünvanlardan birinə müraciət etməklə bizimlə əlaqə saxlayaraq əldə edilə bilər.

 

 6. QƏBUL EDƏNLƏR

 

Fərdi məlumatlarınızı yalnız Wolt təşkilatının tərkibində bu Məxfilik Bəyannaməsinin məqsədləri üçün mümkün qədər zəruri olduqda paylaşırıq.

 

Aşağıdakı hallardan biri tətbiq olunmadıqda fərdi məlumatlarınızı Wolt təşkilatından kənarda üçüncü tərəflərlə bölüşmürük:

 

Bu Məxfilik Bəyannaməsində göstərilən məqsədlər üçün və səlahiyyətli xidmət təminatçılarına

 

Üçüncü tərəflərin (məsələn sifarişinizi hazırlayan restoranlar, sifarişinizi verən kuryer ortaqlarımız və sifarişinizi ödəyə bilən Müştəri Təşkilatı, və digər üçüncü şəxslər) Wolt Xidmətlərini yerinə yetirməyimiz üçün fərdi məlumatlara çıxış ehtiyacı olduqda məlumatlarınızı üçüncü tərəfə təmin edirik. Bundan əlavə, fərdi məlumatlarınızı filiallarımıza və bizim üçün xidmətlər (o cümlədən məlumatların saxlanması, mühasibat uçotu, satış və marketinq daxil olmaqla) göstərən və ya bizlə əməkdaşlıq edən səlahiyyətli xidmət təminatçılarına, bizim üçün ödəmələrinizi emal etmək üçün ödəmə xidməti təminatçılarına və Tərəfdaşlara təqdim edə bilərik.

 

Məlumat Wolt adından üçüncü tərəflər tərəfindən işləndikdə, Wolt məlumatlarınızın yalnız bu Məxfilik Bəyannaməsində göstərilən məqsədlər üçün və bütün tətbiq olunan qanun və qaydalara və bizim göstərişlərə və müvafiq konfidensiallıq və təhlükəsizlik öhdəliklərinə uyğun olaraq işlənməsini təmin etmək üçün müvafiq müqavilə və təşkilati tədbirlər görür. 

 

Unutmayın ki, fərdi məlumatları birbaşa Wolt Xidmətlərindəki keçid vasitəsilə birbaşa üçüncü tərəfə təqdim edirsinizsə, emal ümumiyyətlə onların siyasət və standartlarına əsaslanır.

 

Qanuni səbəblər və hüquqi proseslər üçün

 

Fərdi məlumatların əldə edilməsi və istifadəsinin (i) hər hansı bir qanun, qayda və ya məhkəmə qərarına əməl etmək;  (ii) aldatma, cinayət, təhlükəsizlik və ya texniki məsələləri aşkarlamaq, qarşısını almaq və ya başqa cür həll etmək;  və / və ya (iii) qanuna uyğun olaraq Wolt, İstifadəçilər və ya ictimaiyyətin maraqlarını, mülkiyyətini və ya təhlükəsizliyini qorumaq üçün əsaslı şəkildə zəruri olduğuna dair vicdanlı inancımız varsa, fərdi məlumatlarınızı Wolt xaricindəki üçüncü tərəflərlə bölüşə bilərik. Mümkün olduqda bu cür emal barədə sizə məlumat verəcəyik.

 

Digər qanuni səbəblərə görə

 

Wolt birləşmə, satınalma və ya aktivlərin satışında iştirak edirsə, fərdi məlumatlarınızı əlaqəli üçüncü tərəfə ötürə bilərik. Buna baxmayaraq, bütün fərdi məlumatların məxfiliyini təmin etməyə davam edəcəyik.  Fərdi məlumatları ötürdükdə və ya fərqli bir məxfilik bəyannaməsinə məruz qaldıqda, əlaqəli bütün İstifadəçilərə bildiriş verəcəyik.

 

 

 Sizin açıq razılığınızla

 

Açıq razılığınız olduqda fərdi məlumatlarınızı Wolt xaricindəki üçüncü tərəflə bölüşə bilərik. Bizimlə əlaqə saxlayaraq bu razılığı hər zaman ödənişsiz şəkildə geri götürmək hüququnuz var.

 

 7. YADDAŞDA SAXLAMA MÜDDƏTİ

 

Wolt, fərdi məlumatlarınızı qanuni olaraq icazə verilən və Wolt Xidmətlərini və ya onun müvafiq hissələrini təmin etmək üçün tələb olunan müddətdən daha uzun müddətə saxlamır. Saxlama müddəti məlumatın xarakterindən və emal məqsədlərindən asılıdır. Buna görə də maksimum müddət istifadəyə görə dəyişə bilər. Şəxsi Məlumatların düzgünlüyünü təmin etmək və yanlış və ya lazımsız Şəxsi Məlumatları aradan qaldırmaq məqsədilə ağlabatan tədbirlər görür.İstifadəçinin Wolt Xidmətlərindəki istifadəçi hesabına aid əksər fərdi məlumatlar, İstifadəçi Wolt Xidmətlərindəki istifadəçi hesabını sildikdən 90 gün keçdikdən sonra silinəcəkdir. Bundan sonra, İstifadəçinin Wolt Xidmətlərindəki istifadəçi hesabına aid fərdi məlumatların bir hissəsi yalnız bu cür emal qanunla tələb olunduğu və ya qanuni öhdəliklərimiz və ya iddialara baxılması, mühasibat uçotu, daxili hesabat və barışıq kimi qanuni maraqlarımız üçün əsaslı olduqda saxlanıla bilər. İstifadəçinin Wolt Xidmətlərindəki istifadəçi hesabına aid bütün fərdi məlumatlar, İstifadəçi Wolt Xidmətlərindəki istifadəçi hesabını sildikdən sonra, məhkəmə prosesi kimi bəzi nadir hallarda tələb olunan fərdi məlumatlar istisna olmaqla, 10 il müddətində silinəcəkdir.

 

Wolt Xidmətlərində hesabı olmayan istifadəçilərin analitika məlumatlarını 90 gün müddətində saxlayacağıq.

 

8. HÜQUQLARINIZ

 

Giriş hüququ

 

Bizim tərəfimizdən işlənilmiş fərdi məlumatlarınıza daxil olmaq və məlumat almaq hüququnuz var. Biz sizə yuxarıda qeyd edilən əlaqə məlumatını istifadə edərəkWolt Xidmətlərindəki istifadəçi hesabınızdan müəyyən məlumatlara baxmaq və ya fərdi məlumatlarınızın nüsxəsini tələb etmək imkanı veririk.

 

Razılığı geri götürmək hüququ

 

İşlənilmə İstifadəçinin verdiyi razılığa əsaslanarsa, İstifadəçi istənilən vaxt razılığı ödənişsiz şəkildə geri götürə bilər. Razılığın geri götürülməsi, Wolt Xidmətlərindən istifadə üçün imkanların daha az olmasına səbəb ola bilər. Razılığın geri götürülməsi, razılıq geri götürülməzdən əvvəl bu cür razılığa əsasən edilən emalın qanuniliyinə xələl gətirmir.

 

Düzəliş etmək hüququ

 

Haqqınızda saxladığımız səhv və ya natamam fərdi məlumatlarınızı bizimlə əlaqə quraraq düzəltmək və ya tamamlamaq hüququnuz var. Wolt Xidmətlərindəki istifadəçi hesabı vasitəsilə bəzi fərdi məlumatlarınızı düzəldə və ya yeniləyə bilərsiniz.

 

Silinmə hüququ

 

Siz fərdi məlumatlarınızı sistemlərimizdən silməyimizi də xahiş edə bilərsiniz məsələn, məlumatların toplandıqları məqsədlər üçün artıq lazım olmadığı zaman. Məlumatları silməməyimiz üçün qanuni bir əsasımız yoxdursa, bu tələbi yerinə yetiririk. Qeyd edək ki, bu cür məlumatları silmək istədiyinizdə, biz sizə şifrə xidmətləri və ya onların bəzi funksiyaları ilə təmin etmək imkanına malik deyilik.

 

 

 

Etiraz etmək hüququ

 

Məlumatlar Wolt Xidmətlərin icrası və ya qanuni bir öhdəliyin yerinə yetirilməsi üçün zəruri olmayan başqa məqsədlər üçün işlənildiyi təqdirdə fərdi məlumatlarınızın müəyyən istifadəsinə etiraz etmək hüququnuz ola bilər. Məsələn, siz tələb edə bilərsiniz ki, biz birbaşa marketinq və ya qanuni maraqlara əsaslanan profilləmə məqsədilə sizin Şəxsi Məlumatlarınızın emalını dayandıraq.Fərdi məlumatlarınızın əlavə olaraq işlənməsinə etiraz edirsinizsə, bu Wolt Xidmətlərindən istifadə etmək imkanlarının daha az olmasına səbəb ola bilər.

 

Emalın məhdudlaşdırılması hüququ

 

Məlumatlarınızı silmək, düzəliş və ya etiraz tələbləri gözləmədə olduqda və / və ya məlumatlarınızı emal etmək üçün qanuni əsaslarımız olmadıqda, fərdi məlumatların emalını məhdudlaşdırmağımızı istəyə bilərsiniz. Emalın məhdudlaşdırılıdığı halda, məlumatlarınız yalnız yaddaşda saxlanacaq və gələcəkdə işlənməyəcəkdir. Məsələn, məlumatlarınızın dəqiqliyinə etiraz etdiyiniz halda, onların dəqiqliyi təmin olunanadək belə məlumatların emalı məhdudlaşdırılacaq. Bu, Wolt Xidmətlərindən istifadə etmək imkanlarının daha az olmasına səbəb ola bilər.

 

Məlumatın daşınması hüququ

 

Emal avtomatlaşdırılmış üsulla və müqavilə və ya razılıq əsasında həyata keçirildikdə, bizə verdiyiniz fərdi məlumatları strukturlaşdırılmış və tez-tez istifadə olunan formatda əldə etmək və bu məlumatları müstəqil olaraq üçüncü tərəfə ötürmək hüququnuz var.

 

Hüquqlarınızdan necə istifadə etməli

 

Yuxarıda göstərilən hüquqlar yuxarıda göstərilən ünvanlara aşağıdakı məlumatlar daxil olmaqla bizə məktub və ya e-poçt göndərməklə istifadə edilə bilər: tam ad, ünvan, e-poçt ünvanı və telefon nömrəsi. İstifadəçinin şəxsiyyətini təsdiqləmək üçün zəruri olan əlavə məlumatların təqdim edilməsini tələb edə bilərik. Əsassız olaraq təkrarlanan, həddən artıq və ya açıq şəkildə əsassız olan tələbləri rədd edə və ya onlara ödəniş tətbiq edə bilərik.

 

9. BİRBAŞA MARKETİNQ

 

İstifadəçi, İstifadəçinin fərdi məlumatlarını birbaşa marketinq məqsədləri üçün istifadə etməyimizi, bazar araşdırmaları və birbaşa marketinq məqsədləri üçün təqdim etməyimizi, yuxarıda göstərilən ünvanlarla əlaqə quraraq və ya Wolt Xidmətlərinin funksiyalarından istifadə edərək və ya birbaşa reklam mesajları ilə əlaqədar təklif olunan abunə olma imkanından imtina yoluyla qadağan etmək hüququna malikdir. 

 

Biz sizə və Wolt arasında müştəri əlaqələrinə əsaslanan Wolt Xidmətləri haqqında məlumat, xəbərlər və təkliflər göndərə bilərik. Digər hallarda, sizin açıq razılığınız olmadan birbaşa marketinq məqsədli məlumat göndərməyəcəyik. İstifadəçi yuxarıda qeyd olunan ünvanlar vasitəsilə bizimlə əlaqə saxlayaraq və ya Wolt xidmətlərinin funksional imkanlarından istifadə edərək, istənilən vaxt birbaşa marketinq, marketinq tədqiqatları və profilləmə məqsədləri üçün İstifadəçinin Şəxsi Məlumatlarından istifadə etməyimizi qadağan etmək (Hesab: Parametrlər: Push Marketing opt-out) və ya birbaşa marketinqin hər hansı bir mesajı ilə bağlı təklif olunan abunəlikdən imtina etmək hüququna malikdir.

10. ŞİKAYƏT VERMƏK

 

İstifadəçi fərdi məlumatlarının işlənməsini tətbiq olunan məlumatların qorunması haqqında qanunlara zidd hesab etdikdə, İstifadəçi Finlandiyada məlumatların qorunması üzrə yerli nəzarət orqanına, Məlumat Qoruma Ombudsmanına (tietosuoja.fi) şikayət edə bilər. Alternativ olaraq, İstifadəçi yaşadığı ölkənin məlumatların qorunması üçün yerli nəzarət orqanına şikayət edə bilər.

 

11. MƏLUMATIN TƏHLÜKƏSİZLİYİ

 

Topladığımız və emal etdiyimiz fərdi məlumatları qorumaq üçün inzibati, təşkilati, texniki və fiziki tədbirlərdən istifadə edirik. Tədbirlərə, məsələn, lazım olduqda şifrləmə, anonimləşdirmə, təhlükəsizlik divarı, təhlükəsizlik qurğuları və giriş hüququ sistemləri daxildir. Təhlükəsizlik nəzarətimiz məlumatların məxfiliyinin, bütövlüyünün, mövcudluğunun, dayanıqlılığının və məlumatları bərpa etmək qabiliyyətinin müvafiq səviyyəsini qorumaq üçün hazırlanmışdır. Biz Wolt Xidmətlərini, sistemləri və digər aktivləri təhlükəsizlik həssaslığı üçün mütəmadi olaraq sınaqdan keçiririk.

 

Təhlükəsizlik tədbirlərinə baxmayaraq, İstifadəçilərin məxfiliyinə mənfi təsir göstərə biləcək bir təhlükəsizlik pozuntusu baş verərsə, müvafiq İstifadəçilərə və digər təsirə məruz qalan tərəflərə, həmçinin müvafiq məlumatların qorunması qanunları ilə tələb edildikdə aidiyyəti qurumlara ən qısa zamanda məlumat verəcəyik.

 

 Guidelines for Wolt Partners