Rəngli parçalar üçün qatılaşdırılmış yuyucu toz alman şirkəti rohm & werner*-lə birgə paltar yumaq üçün professional vasitələr sahəsindəki innovasiyalardan istifadə edilərək hazırlanıb. Bozluq və kirləri effektiv aradan qaldırır. Parçalara zərif təsir göstərir, parlaqlığı saxlayır, rəngləri canlandırır, rəngin dəyişməsinin qarşısını alır. Ləkə əleyhinə formul ləkələrin daha yaxşı çıxarılması üçün təbii enzimlərin multikompleksinin gücünə, yüksək effektivliyi olan yuyucu komponentlərə, oksigenli ağardıcıya və yuyulma gücləndiricisinə malikdir. Hətta aşağı temperaturlarda belə bir çox ləkələri aradan qaldırır. Əşyalara yüngül təravət ətri verir. Sərfiyyatı adi yuyucu tozdan 3,5 dəfə daha qənaətlidir: yumaq üçün bir qaşıq kifayətdir! 800 q "Dom faberlic" yuyucu tozu = 3 kq adi yuyucu toz. "Tozsuz" qranulşəkilli tekstura - adi vasitələrə allergiyası olan insanların rahatlığı üçün. Dermatoloji təhlükəsizliyi dermatest gmbh (almaniya) beynəlxalq elmi-tədqiqat institutunun sertifikatları ilə təsdiqlənib. Uşaq paltarlarını yumaq olar. Paltaryuyan maşını ərpdən qoruyur. Bioparçalanan formul. Bioparçalanan vasitələr su hövzələri, yeraltı sular və ümumilikdə ekosistem üçün təhlükəsizdirlər. Septiklər olan evlər üçün uyğun gəlir.