Xlor, triklosan və alkoqolsuz antibakterial təsir
EKOLOJİK TƏMİZ TƏRKİB
Bitki komponentlərinə əsaslanan bioloji parçalana bilən səthi aktiv maddələr kompleksi səthləri effektiv şəkildə isladır, tozları, kirləri, yağları asanlıqla təmizləyir və heyvan tüklərini yığır.
Antibakterial komponent (undesilen turşusu törəməsi) istənməyən mikroorqanizmlərin (bakteriya və göbələklərin) böyüməsinə mane olur, kosmetik məhsullar üçün tövsiyə olunur və uzun müddət antibakterial təsir göstərir.
Limon turşusu duzu (natrium sitrat) suyu yumşaldır və yuyucu xüsusiyyəti artırır.
Üzvi funksional qatqılar (antistatik əlavə, akril sopolimer) tozun çökməsini ləngidir, qurumanı sürətləndirir, iz və ləkələrin qarşısını alır və səthlərə təbii parlaqlıq verir.
Təbii efir yağlarının kompozisiyası təbii ətirlə əhatə ədir və faydalı təmizləyici xüsusiyyətlərə malikdir.
Bio parçalana bilən konservant, istifadə müddəti ərzində məhsulda zərərli mikroorqanizmlərin inkişafının qarşısını alır.
ÜSTÜNLÜKLƏRİ:
Hər növ döşəmələrin və digər sərt səthlərin təmizlənməsi üçün.
Effektiv antibakterial komponent.
Toz və heyvan tüklərini yığır.
Xlor və triklosan yoxdur.
Yuyulma tələb olunmur.
Təmizliyin uzun müddətli effekti - tozun çökməsini ləngidir.
Neytral ph, əlcək istifadəsini tələb olunmur.
Septiklər olan evlər üçün uyğun gəlir.
Son istifadə tarixi: istehsal tarixindən 24 ay.