İsidici kəmər dərisi həssas olan və ya yapışqan materiallardan istifadə etmək istəməyənlər üçün xüsusilə münasibdir. Həm xroniki və həm də təsadüfi ağrılar üçün münasib olan bu vasitə təxminən 40 ° c temperatur dərəcəsində 8 saatlıq termoterapiya müalicəsinə imkan verir. Bu vasitəyə aşağıda verilənlər daxildir: 1 kəmər + 2 doldurucu. Təsviri: bu vasitə istilik mənbəyidir və düzgün istifadə edildiyi halda əzələ gərginliyinin səbəb olduğu ağrı və narahatlığı yüngülləşdirmək üçün münasibdir. Uzunmüddətli istilik sabit temperatur altında əzələləri boşaltmaqla qan dövranını da artırmaq iqtidarındadır. istilik daha çox oksigen nəqlinə şərait yaratdığına görə bu vasitə əzələnin öz ilkin vəziyyətinə qayıtmasına imkan verir. Temperatur həm də ağrının ötürülməsini gizlədə bildiyi üçün sinir sisteminin stimullaşdırılmasını gücləndirir. Tibbi vasitə özü isinən kəmər şəklindədir və onun daxilində havada oksigenlə təmasda olduqda 8 saatlıq sabit istilik törədən təbii elementləri ( dəmir, karbon, duz, su) daxil edən qızdırıcılar var. Vasitə bədən quruluşuna mükəmməl şəkildə uyğunlaşır və onun hərəkətinə bahəm hərəkət edir. Bu zolaq qoxusuz, taxılması və çıxarılması asan olan hörülməmiş materialdan hazırlanmışdır. O, paltar və Işıq altında gözlə görünmür. Nəzərdə tutulan istifadəsi: bu vasitə əzələ ağrısı, kürək nahiyəsində qıcolmalar, qurşaq ağrısı və menstrual ağrı, həm xroniki və həm də təsadüfi ağrılar üçün münasib olub, ağrı hissi, əzələ profilaktikası və müalicəsi üçün effektlidir.