Mixəyin qönçələri evgenol, kariofillen, beta-mirsen, pinen kimi ətirli birləşmələrlə zəngindir. Tərkibində 20%-ə qədər efir yağı, qlikozidlər, kariofillen, oleanol turşusu, selik, humulen, piyli yağlar, aşı maddələri, A, B1, B2, PP, C vitaminləri, maqnezium, kalsium, natrium, fosfor və dəmir kimi minerallar var. Efir yağları mixəyə özünəməxsus ətir və yandırıcı dad verir.