Yumru Istiot 35 qr
Qara istiotun tərkibində toxumlara özünəməxsus ətir verən dipenten, fellanderin, seskviterpen və kariofillen efir yağları, acı dad verən alkaloid piperin, bundan başqa K vitamini, dəmir, mis, manqan kimi mikroelementlər, qətran, piyli yağlar, bitki lifləri və nişasta var.
Qara istiotun mədədəki duz turşusunun sintezini stimulyasiya etməklə həzmi yaxşılaşdırmaq xüsusiyyətinə malik olması həzmlə bağlı xəstəliklərdə ondan istifadə olunmasına əsas verir.