8 element ətri ətriyyatçı yanek kojelüx tərəfindən eksklüziv olaraq faberlic üçün yaradıb. Onun stixiyası – havadır! Onun üçün sədd və sərhədlər mövcud deyil. Onun azadlığı və dərinliyi nəfəs kəsir və ruhlandırır. O, uçuş hissi verir! Onun xarici sakitliyi özündə istənilən an alova çevriləcək daxili enerjini gizləyir. Onun enerjisi – elə həyatın öz enerjisidir! Ətrin istiqaməti: təravətli sitrus-ağac ətri. Siciliya berqamotu və ekzotik meyvələrlə ədviyyatlanmış naringi ilə dəniz brizinin mantiyasında birləşiblər. Paçuli, səndəl, palıd mamırı, tikin güclü ağac notları və yoncanın zərif ənbər notları və yüngül dəri notlarının əlavəsi ətrə istilik gətirir. Olfaktor piramida – ətrin akkordlara bölünməsinin professinal adı. Şərti olaraq ətir üç akkorda bölünür,bunlar da ardıcılsəslənir: yuxarı notlar (başlanğıc), orta (ürəyin notları) və aşağı (baza, şleyf). Hərfi tərcümədə olfaktor sözü «iybilmə» mənasını verir. 8 element tualet suyunun olfaktor piramidası: yuxarı notları: berqamot, naringi, ananas, qara qarağat, yemiş. Ürəyin notları: bənövşə kökü, jasmin, inciçIçəyi, lavanda, muskat qozu. Şleyf: paçuli, palıd mamırı, səndəl, tik, yonca, dəri.