Tərkibi (hər 10 ml-də):
Təsiredici maddələr:
Kalsium (as Calcium citrate) - 300 mq
Maqnezium (as Magnesium hydroxide) - 200 mq
Sink (as Zinc gluconate) - 10 mq
D3 vitamini (as Cholecalciferol) - 300 BV
Köməkçi maddələr: Deionizə edilmiş su (Deionized water), Sorbitol (Sorbitol), Kalium sorbat (Potassium sorbate), Natrium benzoat (Sodium benzoate), Sukraloza (Sucralose), banan dadlandırıcısı (Banana flavor).
İstifadəsinə dair tövsiyələr: Kalsium, bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BAQM-dur.
Kalsium sümüklərin tərkibini təşkil edən əsas maddə olub, sümüklərin qorunmasını, yenilənməsini və güclənməsini təmin edən əsas maddədir. Maqnezium sümük, dırnaq, saç və dərinin strukturuna daxil olub, bu toxumalarının fəaliyyətini gücləndirir. Sink orqanizmin müqavimətinin artırılmasında effektiv maddə sayılır, o, dayaq-hərəkət aparatının hər hansı nasazlığı zamanı önləyici rolu oynayır. D3 vitamini Kalsiumun mənimsənilməsini təmin edir, sümkləri möhkəmləndirir.
Əks göstərişlər: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
4-14 yaş arası uşaqlar: 10 ml gündə 1 dəfə;
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 2 dəfə yemək zamanı və ya yeməkdən sonra daxilə qəbulu tövsiyə edilir.
İstifadədən öncə flakonu çalxalamaq lazımdır. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Şərbət.
Qablaşma forması: 200 ml şüşə flakonda, içlik vərəqəsi ilə birlikdə karton qutu qablaşmada.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti:
25ºC-dən yüksək olmayan temperaturda, sərin, quru, birbaşa düşən günəş şüalarından uzaq və uşaqların
əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə