Tərkibi:
Hər 1 kapsulun tərkibini təşkil edir:
Serratiopeptidaza (Serratiopeptidase) -100 mq (80000 BV/q)
Bromelain (Bromelain) - 150 mq
Nattokinaza (Nattokinase) - 40 mq (8000 BV)
İstiot nanəsi yarpağının quru ekstraktı (Mentha piperita leaf dry extract) - 100 mq
Köməkçi maddələr: Maqnezium stearat (Magnesium stearate), Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Jelatin (Gelatin).
İstifadə sahəsi və göstərişlər: Həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BAQM-dur.
Məhsulun tərkibinə daxil olan maddələrin əsasını fermentlər təşkil edir. Serratiopeptidaza fermenti orqanizmin qoruyucu funksiyasını işə salır. Bromelain fermenti ananasdan alınır və həzm prosesini asanlaşdırır, qidanın tərkibindəki zülalları parçalayır. Nattokinaza fermenti orqanizmdə həzm prosesini yüngülləşdirir, toksinlərin bağırsaqlar vasitəsilə xaric olmasını təmin edir. Nanə ekstraktı köpü aradan qaldırmağa kömək edir, bağırsaqlarda şişkinlik və diskomfort hissindən azad edir.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydaları və doza:
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 1 dəfə yemək zamanı və ya yeməkdən sonra istifadəsi tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Kapsul
Qablaşdırma forması: №30 (10x3) blisterdə, karton qutu qablaşmada
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə