Tərkibi:
Hər 1 kapsulun tərkibini təşkil edir:
İribuynuzlu Kolostrumu 20% IgG (Bovine colostrum 20% IgG) – 450 mq
Vitamin B9 (as Pteroylmonoglutamic acid) – 300 mkq
Yod / İodine (as Potassium iodide) – 150 mkq
Köməkçi maddələr: Jelatin (Gelatine), Mikrokristallik sellüloza (Microcystalline cellulose), Kolloidal silisium dioksid (Colloidal silicon dioxide), Maqnezium stearat (Magnesium stearate).
İstifadəsinə tövsiyələr: immun sisteminin fəliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BAQM-dur.
Vitamin B9 immunitetin güclənməsini, orqanizmin qanyaranma funksiyasının bərpası, yorğunluğun və halsızlığın aradan qaldırılması məqsədilə istifadə olunur. Yod immun sistemini gücləndirir, orqanizmdə enerji balansını tənzimləyir. İribuynuzlu Kolostrumu immun sisteminin möhkəmlənməsini təmin edir, orqanizmin dirəncini artırır, hava şəraitinin kəskin dəyişikliyinə rahat adaptasiyanı təmin edir.
Əks göstərişlər: məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozalanması:
Böyüklər üçün: 1 kapsul gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra qəbulu tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Kapsul
Qablaşma forması: N30 şüşə flakonda, içlik vərəqəsi ilə birlikdə karton qutuda qablaşdırılır.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə