Tərkibi: Hər bir saşenin tərkibini təşkil edir:
L-arginin (L-Arginine) - 1000 mq
L-karnitin (L-carnitine) - 900 mq
Peru makası kökünün quru ekstraktı (Lepidium meyenii root dry extract) - 200 mq
Böyükçiçəkli epimedium yarpağının quru ekstraktı (Epimedium grandiflorum leaf dry extract) - 100 mq
Adi jenşen kökünün quru ekstraktı (Panax Ginseng root dry extract) - 100 mq
Keçibuynuzu toxumunun quru ekstraktı (Ceratonia siliqua seed dry extract) - 100 mq
Muira puama qabığının quru ekstraktı (Muira puama bark dry extract) - 100 mq
Uzunyarpaqlı Evrikoma kökünün tozu (Eurycoma longifolia (Tongkat Ali) root powder) - 40 mq
Koenzim Q 10 (Coenzyme Q 10) - 80 mq
Qlutation (Glutathione) - 100 mq
Alfa lipoy turşusu (Alpha-lipoic acid) - 100 mq
Mio inozitol Myo inositol - 50 mq
Vitamin C (L-Askorbin turşusu) Vitamin C (as L-Ascorbic acid) - 50 mq
Vitamin E (DL-alfa tokoferol asetat) Vitamin E (as DL_alpha tocopheryl acetate) - 50 mq
Vitamin B9 ( L-metilfolat formasında) Vitamin B9 (as L- methylfolate) - 0.6mq
Vitamin B12 (Sianokobalamin formasında) Vitamin B12 (as Cyanocobalamin) - 0.006 mq
Sink (Sink Oksid formasında) Zinc (as Zinc Oxyde) - 25 mq
Selen (Natrium Selenit formasında) Selenium (as Sodium Selenite) - 130 mkq
Köməkçi maddələr: Mannitol (Mannitol), qlükoza (glucose), susuzlaşdırılmış limon turşusu (citric acid anhydrous), silikon dioksid (silicon dioxide).
İstifadə sahəsi və göstərişlər : Kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BAQM-dur.
L-arginin – qan dövranını yaxşılaşdırır, gümrahlığı artırır, cinsi aktivliyi yüksəldir. L-karnitin – ürəyin fəaliyyətini gücləndirir, enerji mübadiləsini artırır, yorğunluğu aradan qaldırır. Peru makası erektil disfunksiyanı aradan qaldırır, libidonu yüksəldir, yorğunluğu aradan qaldırır. Böyükçiçəkli epimedium cinsi zəifliyi aradan qaldırır, həssaslığı artrır, cinsi hormonların sintezini dəstəkləyir. Adi jenşen qüvvəti artırır, yorğunluğu aradan qaldırır, orqanizmin enerji mübadiləsini yüksəldir. Keçibuynuzu bitkisi bədəni gücləndirir, zəifləmiş immun sistemi möhkəmləndirir. Muira puama stressin aradan qaldırılması, əhvalın yaxşılaşdırılması sayəsində cinsi gücün artmasını təmin edir, aktivliyi artırır. Uzunyarpaqlı Evrikoma cinsi aktivliyi artırmaqla yanaşı, kişilərdə libido yüksəldilməsində vacib rol oynayır. Koenzim Q 10 orqanizmdə adenozintrifosfat (ATF) sintezi zamanı kofaktor rolunu oynayaraq enerji deposunu təmin edir, fiziki gücü artırır, tez yorulmağın qarşısını alır. Bununla bərabər güclü antioksidantdır. Qlutation orqanizmi oksidativ stressdən qoruyur, sinir sisteminə müsbət təsir göstərir, gərginliyi aradan qaldırır, əhvalı yaxşılaşdırır. Alfa-lipoy turşusu sinirlərə qan axınının artmasına yardım edir və beləliklə bədən üzvlərinin uyuşmasının qarşısını alır, orqanların fəal işləməsini təmin edir, orqanizmi sərbəst radikallardan təmizləyir. Sink və Selen kişilərdə reproduktiv aktivliyi artırır, cinsi sağlamlığı təmin edən vacib maddələrdən sayılır. B qrup vitaminləri mərkəzi sinir sisteminə dəstəkləyici təsir götərməklə, orqanizmi stressdən və gərginlikdən qoruyur, beləliklə cinsi istəyin atmasına səbəb olur.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydaları və doza:
Böyüklər: 1 saşenin möhtəviyyatını 200 ml ilıq suda həll edərək gündə 1 dəfə istifadəsi tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Saşe
Qablaşdırma forması: N30 saşelər, içlik vərəqəsi ilə birlikdə karton qutuda qablaşdırılmışdır.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə