Tərkibi:
Hər 5 ml şərbəti təşkil edir:
L-Tirozin (L-Tyrosine) - 220 mq
A Vitamini (Retinol asetat) Vitamin A (Retinol acetate) 1 mq
E Vitamini (D-alfa-tokoferol) Vitamin E (as D-alpha-tocopherol) 30 mq
BI Vitamini (Tiamin hidroxlorid) Vitamin B1 (as Thiamine hydrochloride) 2 mq
B2 Vitamini (Riboflavin) Vitamin B2 (as Riboflavin) 2 mq
B3 Vitamini (Niasinamid) Vitamin B3 (as Niacinamide) 10 mq
B6 Vitamini (Piridoksin hidroxlorid) Vitamin B6 (as Pyridoxine hydrochloride) 2 mq
Fol turşusu (Folic acid) 0.3 mq
Sink (Sink oksid şəklində) Zinc (as Zinc oxide) 10 mq
Mis (Mis qlükonat şəklində) Copper (as Copper gluconate) 1 mq
Manqan (Manqan sitrat şəklində) Manganese (as Manganese citrate) 2.5 mq
Kobalt (Kobalt asparaginat şəklində)
Cobalt (as Cobalt asparaginate) 15 mkq
Yod (Kalium yodid formasında) İodine (as Potassium iodide) 100 mkq
Selen (Natrium selenat şəklində) Selenium (as Sodium selenite) 40 mkq
Köməkçi maddələr: Limon turşusu (Citric acid), Kalium sorbat (Potassium sorbate), Qlükoza-fruktoza (Glucose-fructose), Ksantan kitrəsi (Xanthan gum), Təmizlənmiş su (Purified water).
İstifadəsinə göstərişlər: Vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BAQM-dur.
Vitamin A immun sistemini normallaşdırır, saçın, dırnağın və dərinin möhkəmliyini təmin edir. Vitamin E hüceyrələrin oksidləşmə faktoruna məruz qalmasının qarşısını alır. Vitamin B1 sinir sisteminin fəaliyyətini normallaşdırır. Vitamin B2 sinir sistemi və görmə sisteminin fəaliyyətlərini yaxşılaşdırır. Vitamin B6 metabolizmdə aktiv iştirak edir, qırmızı qan hüceyrələrinin sintezini stimullaşdırır, sinir sisteminə təsir edir. Fol turşusu qan hüceyrələrinin sintezini normallaşdırır, immun sistemini və sinir sistemini gücləndirir. Sink orqanizmdə turşu-qələvi balansını normallaşdırır, makroelementlərin metabolizmini gücləndirir, DNT sintezini stimullaşdırır, yağ turşularının metabolizmində iştirak edir. Mis immun sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə dəmirin daşınmasında rol oyayır, dərinin normal piqmentasiyasını təmin edir. Manqan sümüklərin normal inkişafında rol oynayır, hüceyrələrin oksidləşmə faktoruna məruz qalmasının qarşısını alır. Yod metabolik prosesləri normallaşdırır. Selen immun sisteminə müsbət təsir göstərir, saç və dırnaq hüceyrələrinin sintezini stimullaşdırır, qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdırır.
Əks göstərişlər: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
4-14 yaş arası uşaqlar: 5 ml (1 çay qaşığı) şərbət gündə 1 dəfə;
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 5 ml (1 çay qaşığı) şərbət gündə 2 dəfə, və ya 10 ml (1 xörək qaşığı) şərbət gündə 1 dəfə yeməkdən sonra daxilə qəbulu tövsiyə olunur.
İstifadə etməzdən əvvəl flakonu çalxalayın.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Şərbət.
Qablaşma forması: 150 ml, şüşə flakonda, içlik vərəqəsi ilə birlikdə karton qutu qablaşmada.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti: 25°C- dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə