Tərkibi:
Hər 1 kapsulun tərkibini təşkil edir:
Dərman pişikotu kökünün quru ekstraktı (Valeriana officinalis root dry extract) -120 mq
Dərman limonotu (bədrənc) yarpağının quru ekstraktı (Melissa officinalis leaf dry extract) - 60 mq
İstiotlu nanə yarpağının quru ekstraktı (Mentha piperita leaf dry exract) - 60 mq
Adi damotu otunun quru ekstraktı (Leonurus cardiaca herb dry extract) - 30 mq
Köməkçi maddələr: Maqnezium stearat (Magnesium stearate), Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Jelatin (Gelatin).
İstifadəsinə tövsiyələr: MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BAQM-dur.
Pişikotu ekstraktı sakitləşdirici təsir göstərir, yuxunu normallaşdırır. Bədrənc narhatlıq hissini, təlaşı aradan qaldırmağa kömək edir. Nanə stresi azaldır, orqanizmin tonusunu aşağı salır və rahatlamanı təmin edir. Damotu bitkisi ürək döyüntülərini normallaşdırır, sakitləşdirici və yuxugətirici təsir göstərir.
Əks göstərişlər: məhsulun tərkibindəki hər hansı maddəyə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası: böyüklər üçün 1 kapsul gündə 1 dəfə yatmazdan əvvəl qəbulu tövsyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Tabletlər
Qablaşma forması: №30 (10x3) blisterdə, içlik vərəqəsiylə birlikdə karton qutuya qablaşdırılır.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti: 25°C- dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə