Bu növ balı günəbaxan sahələrində yerləşdirilmiş pətəklərdə yaşayan arılar toplayır. O keyfiyyətli, dadlı və zəif ətrli olur. Günəbaxan balı tez kristallaşır və onun kristalları sarı rəngə malik olur. Günəbaxan balının qidalandırıcı və müalicəvi-bakteriasid təsiri vardır.