Meşə balı meşələrdə bitən və bal vermək qabiliyyəti olan bitkilərin nekratından toplanan baldır. Meşə balının əmələ gəlməsində yabanı meşə bitkilərinin rolu var. Bu bitkilərə itburnu, qanqal, qara qanqal, moruq,cökə, meşə giləmeyvələri və s. aiddir. Meşə balının toplanması zamanı arılar böyürtkən daxil olmaqla bütün balverən bitkilərdən yararlanır. Meşə balının əmələ gəlməsinə bir çox meşə çiçəklərinin nektarlarından istifadə edildiyinə görə bu bal bir çox xəstəliklərin müalicəsi zamanı çox faydalıdır. Ondan demək olar ki, bütün xəstəliklər zamanı istifadə edilir.