Moruq balı meşəlik ərazilərdə moruq kollarının yaxınlığında yerləşdirilən pətəklərdən toplanır. Bu zaman bal meşə bitkilərinin çiçəklərindən toplanan nektardan əmələ gəlsə də, onun əsas tərkibini moruq çiçəklərindən toplanmış nektar təşkil edir. Moruq balının sarı, işıqlı rəngi, çox gözəl ətri və gözəl dadı olur. Balın bu növü sanki ağızda əriyir. Moruq balı moruq çiçəkləyən zaman əldə olunur. Müalicəvi moruq balı yay aylarında toplanmağa başlanır. Meşədə moruq kollarının üstündə hətta yağış yağarkən arılara rast gəlmək mümkündür. Moruq balından soyuqlamalar, avitaminozlar, böyrək xəstəlikləri və zəiflik zamanı möhkəmləndirici vasitə kimi istifadə edilir.