Royal Canin Hepatic Feline Pişik üçün xroniki qaraciyər çatışmazlığında baytarlıq pəhrizi. Tam rasionlu quru yem xroniki qaraciyər çatışmazlığı zamanı qaraciyər funksiyasını qorumaq üçün hazırlanmışdır. Yüksək enerji miqdarı pişiyin enerji ehtiyaclarına cavab verir, yem porsiya miqdarını məhdudlaşdırmağa və mədə-bağırsaq traktına düşən yükü azaltmağa imkan yaradır. Qaraciyər xəstəliyindən əziyyət çəkən pişiklərin iştaha zəif olur və onlarda çəki azalması müşahidə olunur. Cəlbedici dad iştahanı stimullaşdırır və bərpa olunmasına kömək edir. Misin az miqdarı qaraciyər hüceyrələrində məcmu təsirini və xolestaz halında hüceyrədaxili ziyanı məhdudlaşdırır. Sinergetik antioksidant kompleksi oksidləşdirici stressi azaldır və sərbəst radikallarla mübarizə aparır. İlkin tətbiq kursu 6 aydır.