Hey, you look like you might be our new  Grocery Associate - Wolt Market (Full-time)

Store

Baku, Azerbaijan

Full-time

Komandada aktiv fəaliyyət göstərmək istəyən hər kəsə səslənirik! Pərakəndə satışın gələcəyini formalaşdıracaq sistemin bir parçası olmaq isyərsinizsə, bizə qoşulmağa tələsin!

Vəzifənin təsviri

Wolt Market, Wolt platformasına məxsus yüksək səviyyədə rahatlıq və müştəri təcrübəsi təklif edən supermarketdir. Artıq  siz ərzaqların qapınıza işıq sürəti ilə çatması üçün sifariş edə bilərsiniz!

Bizim Satış Təmsilçilərimiz isə Bakıdakı Wolt Market mağazalarımızın ürəyi hesab olunur. Siz bütün sifarişlərin paketlərə yığılmasından və bizim Kuryer Tərəfdaşlarımız və ya müştərilərimiz tərəfindən götürülməyə hazır olduğundan məsul olacaqsınız.

Qeyd etmək istəyirik ki, müraciət etdiyiniz vakansiya “full-time” - dır, həftəlik 40 iş saatı nəzərdə tutulur. Alış-veriş prosesimizə yeni nəfəs gətirən  əyləncəli komandanın bir parçası olaraq siz gördüyünüz işin nəticəsi ilə də qürur duyacaqsınız. Şirkət olaraq biz adi işləri, qeyri-adi şəkildə və mükəmməl edirik! 

Görəcəyiniz işlər

  • “Merchant” tətbiqimizdə sifarişləri qəbul etmək;
  • Ərzaqları yığmaq, qablaşdırmaq və müştərilərə və kuryerlərə təhvil vermək;
  • Qida maddələri və allergenlər haqqında dəqiq məlumatları özündə əks etdirən daxili sistemlərimizi idarə etmək;
  • Mağazanın nizam-intizamına və təmizliyinə riayət etmək;
  • Marketimizin gündəlik əməliyyatlarının inkişaf etdirilməsində iştirak etmək.

Our humble expectations

  • Tez öyrənirsiniz və bir neçə işi birlikdə görə bilirsiniz;
  • Təşəbbüskar və xidmətyönümlü sözləri sizdən bəhs edir;
  • İşlərə “bacararam” münasibəti ilə yanaşırsınız və sürətli iş mühitində işləmək fikrindən zövq alırsınız;
  • Texnologiya ilə işləmə qabiliyyətinə sahibsiz;
  • Gün ərzində, axşamlar və həftə sonları işləyə bilirsiniz;
  • Mağaza təcrübəsinin olması üstünlüktür;
  • Azərbaycan dili mütləqdir, ingilis dili üstünlüktür;
  • Azərbaycanda işləmək hüququ olmalıdır.

Next steps

Əgər yüksək inkişaf mühitində işləmək, məsuliyyət almaq və son dərəcə iddialı komandanın bir hissəsi olmaq sizi həyəcanlandırırsa, müraciət etmək və müzakirəyə başlamaq üçün aşağıya klikləyin!

Biz müraciətləri davamlı şəkildə nəzərdən keçiririk. Buna görə də müraciətinizi elə indi göndərin :)

Apply now

Basic information

Attachments

You're welcome to send us supporting docs, e.g. a resume and a cover letter. Please only submit PDF files.

    Product: Juan, Data - portrait
    Portrait - pink background.jpg
    Portrait - green background.jpg
    Portrait - purple background.jpg
    Portrait - blue background.jpg
    Portrait.- neutral background.jpg
    Portrait - purple background.jpg
    Product: Juan, Data - portrait
    Portrait - pink background.jpg
    Portrait - green background.jpg
    Portrait - purple background.jpg
    Portrait - blue background.jpg
    Portrait.- neutral background.jpg
    Portrait - purple background.jpg