Tez-tez verilən suallar

Опубликовано:
20 августа 2019 г.
Tofik
Marketing Manager

Wolt hamımız üçün bir yenilikdir. Buna görə də sizin çoxlu suallarınız ola bilər. Bu da ən populyar sualların cavablarıdır! Wolt necə işləyir? Mən promokodu necə daxil etməliyəm və, sualım və ya təklifim varsa, Wolt ilə necə əlaqə saxlaya bilərəm? Sizə xoş oxuma, daha doğrusu, suallara cavab tapmağı arzulayırıq! 🤭

Wolt ilə necə sifariş verə bilərəm? 🤔 Sifariş həm wolt.com veb-saytının, həm də iOS və Android üçün tətbiqin köməyi ilə mümkündür. Bundan sonra evə çatdırılma, takeaway və masada yemək arasında seçim edə bilərsiniz. Bundan əlavə hər üç seçim üçün 7 gün öncədən sifariş vermək də mümkündür. Mən nə qədər sifariş verməliyəm və qiymət neçədir? Hal hazırda minimal sifarişin həcmi 10 AZN, standart çatdırılma qiyməti isə 1.5 AZN təşkil edir (standart çatdırılmaya 1.5 km radiusunda bütün sifarişlər daxildir, hər növbəti 500 m üçün isə 0.4 AZN əlavə olunur). Kreditlər və tokenlər arasında fərq nədir? Oxşar odur ki, hər ikisini müştərilər çox sevir. Bu endirimdir! Kreditlər - Wolt hesabınızda yerləşən və sifariş etmək üçün istifadə edə biləcəyiniz puldur. Bir token isə bir pulsuz standart çatdırılma deməkdir (1.5 km qədər). Kreditlər və tokenlər avtomatik tətbiq olunur. Promokodlar necə işləyir? 🤑 Hər bir müştərinin unikal promokodu var. Siz bu kodu tətbiqdəki hesabınızda, “Pulsuz çatdırılma” bölməsində tapa bilərsiniz. Bu kodu dostlarınızla bölüşüb, onlara 6 AZN kreditlər verə bilərsiniz. Dostunuz sifariş etdikdən sonra, sizin də hesabınıza 6 AZN kreditlər əlavə olunacaq. Sistem hər dəvət olunan dost üçün bu şəkildə işləyir. Bu şəkildə, siz çox yaxşı qazanc əldə edə bilərsiniz. Siz promokodunuzu bir dəfə dəyişib daha şəxsi edə bilərsiniz. ÇATDIRILMA 🚴🏻‍♂️ Çatdırılma çox uzun çəkir? Bununla bağlı nə etmək olar? Bu o zaman baş verir ki, restoranlarda həddindən çox sifariş var və kuryerlər çox məşğuldur. Buna baxmayaraq, biz təxmini çatdırılma vaxtını həmişə sizə mümkün qədər düzgün nəticəni göstərmək üçün redaktə edirik. Mənim sifarişimdə bəzi məhsullar yoxdur? Nə etməliyəm? Bizim dəstək xidmətimiz ilə əlaqə saxlayın və biz problemi həll edərik! Axı restoranlar və kuryerlər səhv edə bilər. Lakin biz hər bir səhvi aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Kuryer başqa yerə getdi! Xəritə kuryerin real vaxtda harada olduğunu göstərir. Wolt tətbiqində bəzi çatdırılmalar bağlıdır və buna görə sizin ünvan kuryerin çatdırılma edəcəyi ilk ünvan olmaya bilər. Biz sifarişləri yalnız yolustü olarkən birləşdiririk və buna görə gecikmələr olmamalıdır. Kuryer haradadır? Tətbiq “tezliklə” göstərsə də, yemək çatdırılmayıb. Çatdırılma vaxtı təxminidir və tam dəqiq olmaya bilər. Buna baxmayaraq, siz istənilən zaman xəritədə kuryerin harada olduğunu görə bilərsiniz. Əmin olun ki, sifarişiniz qısa zamanda çatdırılacaq! DƏSTƏK XİDMƏTİ İLƏ NECƏ ƏLAQƏ SAXLAMAQ OLAR? 👨🏻‍💻 Əgər burada sualınıza cavab tapa bilmədinizsə, bizə müraciət edə bilərsiniz: 1) Wolt tətbiqindəki canlı söhbətdən istifadə edin - Bu ən sürətli əlaqə yoludur. Biz sizə 40 saniyə ərzində cavab verəcəyik. 2) support@wolt.com ünvanında bizə yazın. 3) Facebook və ya Instagram-da bizimlə əlaqə saxlayın.