Kulinariyada göy soğandan şorbaların, pürenin, sousların, ətlərin, salatların hazırlanması zamanı geniş istifadə edilir. Göy soğan zərif dad və xüsusi qoxuya malikdir. Yeməklərdə onun torpaqda qalan ağ hissəsindən, salatlarda isə yaşıl hissəsindən istifadə edilir..Onun yaşıl yarpaqları yetişmə dövrünü uzun müddət sürərsə qabıqları sərtləşir və xoşagəlməz dada malik olur.
Mədə və onikibarmaq bağırsaq xəstəlikləri zamanı göy soğan yemək məsləhət görülmür. Xalq təbatətində göy soğanın şirəsindən oksalat daşlarının tökülməsində istifadə edilsə də mədə-bağırsaq xəstələri buna diqqətlə yanaşmalıdırlar.