Qaragilə müalicəvi xüsusiyyətlərinə görə rekord göstəricilərə malik giləmeyvədir. Qaragilənin tərkibində manqanın miqdarı başqa meyvə-tərəvəzlərə nisbətən daha yüksəkdir. Bundan əlavə, onun tərkibində C, B1,B2 vitaminləri, karotin, dubil maddələr, pektinlər, şəkər, alma, kinə, kəhrəba və süd turşuları vardır. Bu giləmeyvəni, ilk növbədə avitaminozdan əziyyət çəkənlərə tövsiyə edirlər. Qaragilənin tərkibindəki antioksidantlar varikozdan, babasildən, ürək-damar və onkoloji xəstəliklərdən qoruyur.