Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir.Limonun meyvələri eyni zamanda C və P vitaminlərilə də zəngindir. Bu vitaminlər limon meyvələrinin qabıq hissələrində daha çox olur. Odur ki, limonlu çayın çox içilməsinin böyük müalicəvi əhəmiyyəti vardır.